Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatorukimi tanınan “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri təşkil edilib.
Ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva portalın ümumifəaliyyətindən, nüfuzlu qurumlarla əməkdaşlığından, gənc startapçılarınimkanlarından bəhs edib.həmçinin investisiya cəlbediciliyi müstəvisində iqtisadiyyatın inkişafına təkan verən alternativ maliyyələşmə mənbələrindən faydalanmağı mühüm şərt kimi dəyərləndirib. Nəzrin Əkbərova komanda üzvlərinin seçilməsi, layihənin hazırlanması və portal üzərindən qeydiyyatın aparılması prosedurlarını izah edib. Layihənin təsviri, ilkin müraciət forması, başlıca meyarlar, seçim qaydalarından sonrakı mərhələlərin fonunda, tələbələri maraqlandıran sualları da cavablandırıb.
Peter Balogh isə şəxsi startap təcrübəsini tələbələrlə bölüşərək, ideyalarını reallaşdırmaqdacəsarətli olmalarını tövsiyə edib.
Azərbaycanca