SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.02.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 321
Seminar: Müasir təlim metodları

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Dillər kafedrasında adıçəkilən strukturun cari iş planına uyğun “Xarici dillərin tədrisində müasir yanaşmalar” adlı seminar olub. Kafedranın müəllimi Günel Xudayarova “Fəal təlim metodları” adlı təqdimat-çıxışında müxtəlif dillərin tədrisi zamanı yeni yanaşmaları şərtləndirən müzakirələrdə iştirakından, şəxsi təcrübəsindən və tətbiqi reallaşan yeniliklərdən bəhs edib.

       Dillər kafedrasının müdiri, filologiya üzrə fələsəfə doktoru, dosent Əzizə Məmmədova növbəti seminarlar çərçivəsində dil tədrisində danışıq, dinləmə, oxu və yazı üzrə bacarıqların formalaşdırılmasında yeni üsullar ətrafında fikir mübadiləsinin aparılması zəruriliyinə aydınlıq gətirib.

        Dillər kafedrasının baş müəllimi, f.ü.f.d. Nigar Həbibullayeva dil tədrisində müasir texnologiyalardan faydalanmanın vacibliyi, baş müəllimlər- Mirəsgər Ağalarov xarici dilin tədrisində ana dilindən istifadə məqamları, Xəyyam Abbasov isə fransız dilinin tədrisi prosesində innovativ metodların tətbiqindən danışıblar.

      Seminar fikir mübadiləsi şəraitində başa çatıb.