28.02.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 484
Xocalı soyqrımı qurbanlarının əziz xatirəsi yad olunub

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqrımı Muzeyini ziyarət ediblər.Universitet tələbələri erməni- rus hərbi birləşmələrinin Xocalıda,eyni zamanda erməni- daşnakların zaman-zaman Azərbaycanın müxtəlif bölgələrində xalqımıza qarşı törətdikləri vəhşilikləri əks etdirən fotofaktlar,cinayət işləri və maddi sübutlarla yaxından tanış olublar. Ziyarətçi- tələbələrin diqqətinə çatdırılıb ki,məhz bu muzeyin fəaliyyəti sayəsində vətəndaşlarımız, o cümlədən də əcnəbi turistlər düşmən qüvvələr tərəfindən Azərbaycan coğrafiyasında törədilən soyqrımlar,deportasiyalar,terror hadisələrindən xəbərdar ola bilirlər.

Muzeyə ziyarətin ödənişsiz olduğunu bildirən qurum təmsilçisi hər bir vətəndaşımızı tarixi həqiqətləri özündə əks etdirən məkanı vaxtaşırı ziyarətə çağırıb.Memorial Soyqrımı Muzeyindən ağrılı təəssüratlarla ayrılan universitet tələbələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” heykəlinə yürüş ediblər.Abidənin önünə tər qərənfillər düzüblər.

Xocalı soyqrımı günü ilə bağlı hər iki ziyarət Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən təşkil olunub.

Onu da qeyd edək ki Xocalı faciəsindən bəhs edən sənədli və bədii əsərlərdən ibarət günboyu fəaliyyət göstərən sərgi-baxışın əsas təşkilatçıları isə universitetin Kitabxana- İnformasiya Mərkəzinin (KİM) əməkdaşlarıdır.