SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.01.2024
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 284
ATMU-nun 2022-2026-cı illər üzrə Strategiyasının icrası müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetinin 2022-2026-cı illər üzrə Strategiyasının 2023-cü il üzrə fəaliyyət planında nəzərdə tutulan məsələlərin icrasına dair vəziyyət Elmi Şurada müzakirə olunmuşdur.

Qeyd edək ki, Strategiyanın icrası illər üzrə fəaliyyət planına uyğun olaraq aparılmaqdadır. Strategiyanın 2023-cü il üzrə fəaliyyət planının icrasına dair ATMU-nun struktur bölmələrində monitorinq aparılmış və hesabat hazırlanmışdır.

Müvafiq hesabat ATMU-nun Elmi Şurasının 29 dekabr 2023-cü il tarixli iclasında dinlənilmiş və həllini tapmamış məsələlər 2024-cü il üzrə fəaliyyət planında nəzərə alınmışdır.

Qeyd edək ki, ATMU-nun 2022-2026-cı illər üzrə Strategiyasının icrası təqvim illəri üzrə davam etməkdədir və 2026-ci ildə yekunlaşacaqdır.