SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.03.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 303
“Xalq öz dili ilə yaranır”kitabının müəllifi prof. İ.Əliyeva Fəxri Fərmanla təltif olunub

Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) Elmi məsələlər üzrə prorektoru pedoqoji elmlər doktoru, professor, əməkdar müəllim İranə Məmməd qızı Əliyeva Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Xalq öz dili ilə yaranır” kitabının müəllifi kimi Azərbaycan dilinin və Heydər Əliyevin azərbaycançılıq irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

“Xalq öz dili ilə yaranır”adlı dərslik toplusu Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlərüçün nəzərdə tutulub və İranə Əliyevanın müəllifi olduğu yeni dərs vəsaiti konfiqurativ metodika əsasında işlənib hazırlanıb. Prof.İ.Əliyeva Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən beynəlxalq müəlliflik hüququ sertifikatı alıb. Xarici dillərin tədrisinəyeni yanaşma səviyyəsində dəyərləndirilən Konfiqurativ metodika əsasında bir sıra tədris materialları, o cümlədənproqramların hazırlanmasına böyük əmək sərf edən İ.Əliyevanın Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xalq öz dili ilə yaranır”adlı Azərbaycan dili xarici dil kimi dərslik toplusuna- Dərslik; İş dəftəri.I hissə, İş dəftəri. II hissə; Səviyyəölçmə testi daxildir. 

      Adıçəkilən dərs vəsaitində müəllif tərəfindən UluÖndər Heydər Əliyevin ana dilimiz, eyni zamanda təhsil, səhiyyə və mədəniyyət haqqındakı qiymətli fikir və kəlamlarına ustalıqla istinad olunub.