SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.03.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 262
“Erasmus” layihəsi çərçivəsində Elmi işlər komitəsinin pilot formatda iclası oldu

Bakı Biznes Universitetinin koordinatorluğu (BBU) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində təsis edilən Elmi işlər komitəsinin pilot formatda növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ali təhsil müəssisəsinin Elmi işlər üzrə prorektoru professor İranə Əliyeva təmsil edib.

Adıkeçən layihənin Azərbaycanın ali təhsilinə verə biləcəyi töhfələrdən detallı bəhs edən Bakı Biznes Universitetinin (BBU) rektoru, prof. İbad Abbasov Elmi işlər üzrə komitənin fəaliyyətində elmi tədqiqatlar sahəsində nəzərəçarpan mövcud boşluqların dəyərləndirilməsində və müvafiq istiqamətlər çərçivəsində universitetlərarası qarşılıqlı əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli roluna aydınlıq gətirib.

Tədbirdə Elmi işlər komitəsinin sədri, i.ü.f.d Elçin Süleymanov qurumun 2023-cü il üzrə hesabat- məruzəsində ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyətinin inkişaf göstəricisi anlamında 10 online və oflayn toplantının və elmi nəşrlərə dair 5 təlimin təşkil edildiyini, TEC (Təhsil və Elm) normativ-hüquqi bazanın araşdırılması və təkmilləşdirilməsinə dair təkliflərin işlənib- hazırlandığını diqqətə çatdırıb. Elmi jurnalların müzakirəsi, DOİ indeksinin alınması və Açıq Jurnal Sistemində (OJS) elmi jurnalların inteqrasiyası kimi məsələlərin gündəmdə olduğunu bildirib

“Azərbaycan Rektorlar Konfransının yaradılması”(ECAR) adlı “Erasmus+”layihəsi çərçivəsində təsis edilən Elmi işlər komitəsinin iclasında layihə

koordinatoru,Bakı Biznes Universitetinin (BBU) Universitet-Sənaye iş birliyi şöbəsinin müdiri Gülşən Bayramova isə layihəyə 15 tərəfdaş universitetin qoşulduğunu, üzv və assosiativ üzvlərin sayının 23-ə çatdığını qeyd edib.

Tədbirdə Elmi işlər üzrə komitəyə açıq səsvermə yolu ilə Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru prof. Gülzar İbrahimova sədr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi işlər üzrə prorektoru Sədaqət Əliyeva və Bakı Ali Neft məktəbinin tədqiqat və innovasiyalar şöbəsinin müdiri İlkin Axundov isə sədr müavinləri seçiliblər.