07.03.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 560
Təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasin

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir olub. Rektor İlham Mədətov ATMU-nun qadın əməkdaşlarını bayram günündə də görüb-salamlamaqdan məmnunluğunu bildirib. Qadın-ana sevgisini təmənnasız hədiyyə, Allah lütfü kimi dəyərləndirib. Tez-tez işlədilən cənnət anaların ayaqları altındadır kəlamının səbəbsiz leksikonumuza daxil olmadığını deyib. ATMU-nun fəaliyyətində qadın əməkdaşların əhəmiyyətli rolundan detallı bəhs edən rektor İ.Mədətov  8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunantədbirdə təbrik çıxışını “məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın” sözləri ilə bitirib. Tədbirə qatılan Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) struktur rəhbərləridə universitetin qadın əməkdaşlarına səmimi təbriklərini bildiriblər.

     Sonda xatirə şəkli çəkilib.