07.03.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 652
Azərbaycan Turizm və Menecment Universitetində İnstitusional Akkreditasiya başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə “Ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirmə meyarları” üzrə qiymətləndirmə aparan Akkreditasiya Komissiyası cari ilin fevral ayının son həftəsi ərzində AzərbaycanTurizm və Menecment Universitetində (ATMU) olub.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yaradılan müstəqil Akkreditasiya Komissiyası ATMU-da strateji inkişaf, daxili və xarici keyfiyyət təminatı mexanizmləri, təlim, tədris və elmi-tədqiqat sahəsində fəaliyyətin təşkili, idarəetmə sistemi, infrastruktur, o cümlədən beynəlmiləlləşmə istiqamətində aparılan işlərlə maraqlanıblar.

Akkreditasiya Komissiyası “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na müvafiq olaraq “ATMU-da qiymətləndirməyə dair yekun hesabat”ı ali təhsil ocağına bir ay müddətində təqdim edəcək.