12.03.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 566
ATMU əməkdaşları “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlimdə iştirak edib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşlarına “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlim keçirilib. Təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İnstitusional profil bazasının idarə edilməsi üzrə ATMU koordinatorları Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Elm və İnnovasiya şöbəsinin Elmi innovasiyalar üzrə koordinatoru Sənubər Qənbərova və Kitabxana-informasiya mərkəzinin sistem inzibatçısı Elnarə Qaraşova iştirak etmişdir.

 

Təlimin əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılması olub. Eyni zamanda elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr olunma prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzular müzakirə olunub.