12.03.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 534
Mühazirəçi – qonaq

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə ali təhsil müəssisəsində müvafiq ixtisas tələbələrinin iştirakını şərtləndirən tədbir keçirilib.“Biznesdə keyfiyyət təminatı” fənninin tədrisi çərçivəsində təşkil olunan “Mühazirəçi-qonaq”adlı tədbirdə Amil İsmayilov biznes sahəsində qazandığı uğurlarda nəzəri və təcrübi biliklərin vəhdətindən, eyni zamanda əhəmiyyətindən danışıb. Otelçilik və restoran biznesi, xususilə turizm sənayesində fəaliyyət göstərən A.İsmayılov tədbirin gedişatında tələbələrin mövzuya dair çoxsaylı suallarına da aydınlıq gətirib.

Qeyd etmək lazımdır ki, Amil İsmayılov ölkəiçi və bir sıra xarici ölkələrdə idarəetmə üzrə təcrübəli mütəxəssis kimi tanınır.