Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyasına daxil edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi, Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı “Erasmus+” layihəsi, o cümlədən Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları (PİCASP) layihələinə dair məlumatlandırma tədbiri olub.. Adları qeyd olunan layihələrin ATMU üzrə menecerləri- Səidə Məmmədova, Ülviyyə Cümşüdlü və Aytac Babayeva təqdimat çıxışlarında layihələri şərtləndirən tələblər, nəzərdə tutulan səfərlər çərçivəsində baş tutan məqsədli görüşlərin əhəmiyyətindən danışıblar. ATMU tələbə kontingentinə layihələrə qatılmanın başlıca tələbləri,uğur hekayəsini zənginləşdirən səriştəlilik imkanlarının qazanılması və s. məsələlərdən bəhs edən ATMU-nun layihə menecerləri S.Məmmədova, Ü.Cümşüdlü və A.Babayeva eyni zamanda iştirakçıları maraqlandıran sualları da cavablandırıblar.
Azərbaycanca