13.10.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 290
Azərbaycan-Avstriya Turizm Proqramına (AATP) müraciət

Hörmətli tələbələr,

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində yaradılacaq növbəti “AATP BA COHORT 2020” qrupuna qeydiyyat elan olunur.

ATMU-nun azərbaycan, rus və ingilis dili bölmələrinin hər bir tələbəsi təhsilini birinci kursda başa vuraraq Azərbaycan ali təhsil sisteminin tələblərinə əsasən məcburi fənnləri tamamladıqdan sonra və maksimum 2 kəsr olmaq şərti ilə AATP qrupunda təhsil almaq üçün müraciət edə bilər. 

AATP proqramında təhsil almaq üçün aşağıdakı keçid linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Qeydiyyat linki: https://rb.gy/ncx96d

Onlayn qeydiyyat bitdikdən sonra bütün yüklədiyiniz sənədləri (esse və motivasiya məktubu daxil olmaqla + tələbə biletinin surəti) e.hajiyeva@atmu.edu.az e-mail ünvanına göndərmək zəruridir. Bütün sənədlər fərqli e-maillarda yox, yalnız bir e-mail ünvanına əlavə olaraq göndərilməlidir. E-mailin mövzu hissəsində “AATP BA Cohort 2020 / Admission Docs / Tələbənin Adı, Soyadı” qeyd olunmalıdır.

Tələb olunan sənədlərin siyahısı:  - EELAN - AATP BA COHORT 2020 NEW (1).pdf

Müraciət üçün son tarix: 19.10.2020

Qeyd: Bu il IELTS sertifatı tələb olunmur. Noyabr ayı IMC Krems Universiteti İngilis dili səviyyəsi imtahanını tələbələr üçün təşkil edəcəkdir. (Oxford Placement Test By Oxford University Press).

Proqramla bağlı suallar yaranarsa e.hajiyeva@atmu.edu.az elektron poçt ünvanına yaza bilərsiniz.