10-12 May 2024-cü il tarixlərində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Afyon Kocatepe Universiteti, Halal Akkreditasiya Agentliyi (HAK), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Beynəlxalq Halal Turizm Dərnəyinin (IHATO) təşkilatçılığı ilə Beynəlxalq Halal (Müsəlman dostu) Turizm Konfransı təşkil olunacaq. Bu mötəbər tədbir halal turizm konseptinə malik olan İzmir Royal Teos Termal Resort Mehmanxanasında keçiriləcək.
Üç gün davam edəcək tədbirdə alim və tədqiqatçılar, turizm ekspertləri, müxtəlif ölkələrin rəsmi nümayəndələri, dünyanın müxtəlif ölkələrindəki universitetlərin rektorları və prorektorları, beynəlxalq mehmanxana brendlərinin təmsilçiləri, otel sahibləri və baş menecerlər, tur şirkətlərinin baş direktorları, səyahət blogerləri və jurnalistlər iştirak edəcəklər.
Tədbir beynəlxalq xarakter daşıyır. Artıq 22 ölkədən maraqlı tərəflər iştirakını təsdiq edib.
Tədbirdə plenar və panel iclaslarında müsəlman dostu turizmdə yeni gözləntilər, müsəlman dostu turizmdə otel idarəçiliyi, müsəlman dostu turizmdə turizm agentlikləri idarəçiliyi, müsəlman dostu turizmdə sertifikatlaşdırma, müsəlman dostu turizm və marketinq kimi müxtəlif mövzularda yeni ideyalar və qonaqların gözləntiləri, Müsəlmanların dostu turizm və maliyyə məsələləri, müzakirə olunacaq.
Tədbirdə iştirak üçün qeydiyyat haqqı 750 TL-dir. Bakalavr və magistr tələbələri üçün iştirak 450 TL-dir.
Ətraflı məlumatı tədbirin internet saytında və sosial media kanallarında tapa bilərsiniz.
Konfransın təşkil ediləcəyi yer: https://www.youtube.com/watch?v=HLNgpPSjRaI
Konfransın saytı: https://www.halaltourismcongress.com/
Facebook: https://www.facebook.com/HalalCongress/
Instagram: https://www.instagram.com/halalcongress/?hl=tr
Sizi, 3-cü Beynəlxalq Halal (Müsəlman dostu) Turizm Konfransında görməyə şad olarıq.
Azərbaycanca