18.03.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 702
ATMU tələbələri “ERASMUS+” təqaüd proqramından faydalanırlar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 3 nəfər tələbəsi 2023/2024-cü tədris ilində Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində nəzərdə tutulan təqaüd proqramından yararlmaq şansı əldə ediblər.

Hazırda ali təhsil müəssisəsinin Turizm və qonaqpərvərlik fakültəsinin bakalavriatlarından Cavad Abbaszadə Rumıniyanın Alexandru İoan Cuza Univetsitetində, Mirvüsal İbrahimli  Türkiyənin Eskişehir Osmanqazi Universitetində, Biznes idarəçiliyi fakültəsinin magistrantı Nihad Hadıyev isə İtaliyanın G.N.Annunzio Çieti-Pescara Universitetində menecment ixtisası üzrə təhsillərini davam etdirirlər.