19.03.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 558
Yurdumuza bahar gəlir

​Azərbaycan xalqının milli-mənəvi, maddi vəmədəni dəyərlərinə sədaqət rəmzi olan Novruzun-Yeni günün gəlişi münasibətilə Azərbaycan Turizmvə Menecment Universitetində (ATMU)Azərbaycan Respublikasının Dövlət TurizmAgentliyi (DTA) Azərbaycan Turizm vəMenecment Universitetinin (ATMU) TələbəGənclər Təşkilatının (TGT) təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) dəstəyi ilə “Yurdumuza bahar gəlir” adlıbayram festivalı keçirilib. Bayram tədbirindəATMU-nun rektoru İlham Mədətov təbrik çıxışındaqeyd edib ki, təbiətin oyanışının carçısı sayılanNovruz bayramı Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu, fəlsəfəsini ehtiva edir.Eynizamanda milli-mənəvi dəyərlərimizin, yüksəkbəşəri ideyaların daşıyıcısı sayılır.  Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi ilə suverenliyimizin tam bərpasındansonra Novruz tonqallarının Qarabağımızın bütünguşələrində alovlanması günümüzün reallığınaçevrilib. Bayram ovqatının bütünləşəntorpaqlarımızda qürur hissi ilə yaşandığını deyənrektor bununla da ölkəmizin müstəqilliyi və ərazibütövlüyü uğrunda canlarından keçən bütünşəhidlərimizin ruhunun şad olduğunu diqqətəçatdırıb.

“Yurdumuza bahar gəlir” adlı bayramfestivalında universitet tələbələri Novruzun gəlişinixoş ovqat yaradan mahnıların müşayiətilə yallıgedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Bayram əhval-ruhiyyəli səhnəciklərlə qeyd ediləntədbirdə Azərbaycanın tanınmış müğənnilərininürəkaçan ifası şənliyi daha da rəngarəng edib.