Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) 1918-ci ildə azərbaycanlılara qarşıermənilərin həyata keçirdiyi soyqırımı ilə bağlı tədbirkeçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rektor İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvişəkildə məskunlaşdırılan ermənilərin “böyükErmənistan” adlı qondarma ideyanın gerçəkləşməsiyolunda azərbaycanlılara qarşı törətdikləri qətliam vəsoyqırımı aktlarının zaman-zaman təkrarlandığınıbildirib. 1998-ci il martın 26-da Ümummilli LiderHeydər Əliyev tərəfindən imzalanan“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanınproqram sənəd olduğunu deyən İ.Mədətov martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günüsəviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.
ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəritarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı1918-ci ilin mart ayında daşnak və silahlı erməni millətçiləri, o cümlədən bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digərbölgələrdə ağlagəlməz qətliamlar törədildiyini,minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünüürəkağrısı ilə qeyd edib.Köhnə stillə Novruz bayramı günlərində bir həftə ərzində təkcə Bakıda 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib. Hadisələrin ilk 3-4 günü ərzində bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn vermədiyi, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə bir neçə gün ərzində ayrı-ayrı dəstələr, o cümlədən ermənilərin özlərinin də məşğul olduğu, sonuncular tərəfindən cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yandırılan binalara, quyulara, dənizə töküldüyünü bildirib. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması səbəbindən qurbanların dəqiq sayının hesablanmasına imkan verilmədiyini diqqətə çatdırıb.M.Zülfüqarlı müəlifi olduğu “Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE 1918. (Azərbaycan və ingilis dillərində)” “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)” və Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında” kitablarında 1918-ci ilin iyununda Bakı Soveti qoşunlarının və erməni birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri soyqırımdan bəhs olunduğunu deyib.
Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət-turların təşkilinin əhəmiyyətinə aydınlıq gətirib.
Universitetin İctimai fənlər kafedrasının professoru Minəxanım Əsədli 1918-ci ilin iyununda qardaş Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlıqından bəhs edib.Qafqaz İslam Ordusunun albayı,azərbaycanlı Yusif Ziya haqqında təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Azərbaycanca