SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.04.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 179
ATMU-da “Mütəxəssis-qonaq” çərçivəsində daha bir tədbir

 Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) ”Mütəxəssis-qonaq”çərçivəsində “ATS Group”MMC –nin standartlaşdırma və sertifikatlaşdırma üzrə mütəxəssisi,təlimçi Leyla Xəlilzadənin iştirakı ilə baş tutantədbir universitet tələbələri tərəfindən maraqla qarşılanıb.Təlimçi L.Xəlilzadə “ATS FOOD MMC” –nin əsas fəaliyyət istiqamətləri,məhsul istehsalı və satışprosesinin mərhələləri, məhsulun keyfiyyətinə nəzarət,həmçinin dünyanın ən populyar keyfiyyət idarəetmə standartı sayılan  İSO9001 Keyfiyyət İdarəetmə Sertifikatı nədir sualna aydınlıq gətirib.

Təlimin sonunda fəallığı ilə diqqətçəkən tələbələrə “ATS FOOD” MMC –nin xüsusi hədiyyələri təqdim edilib.

   “Mütəxəssis-qonaq” çərçivəsində keçirilən təlim ATMU-nun Karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.