SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.04.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 101
ATMU-da kitab sərgisi

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq ölkəmizin ali təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər çərçivəsində kitab sərgisi fəaliyyətə başlayıb.

Sərgilənən ”İnsan,təbiət və cəmiyyət”, ”Yaşıl inkişaf. Enerji səmərəliliyi və alternativ mənbələr”,”Müasir ekologiya.Bərpaolunan enerji ehtiyatlarından istifadəyə giriş”, ”Ekologiya,ətraf mühit və insan” və s. adda kitablara marağın böyük olduğu bildirilir.

Azərbaycanlıların Soyqrımının 106 illiyinə həsr olunan kitab sərgisində isə “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)”, “Azərbaycanınlıların soyqırımı: tarixin qanlı salnaməsi I cild”, “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası (bədii, tarixi publisistika)”, “Erməni vandalizmi (obyektiv reallıq)”, “Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX-XX вв. )”, “Tarixin qan yaddaşı”, “Azəri soyqırımı”, ” Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyaəsətinin mərhələləri”, “Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən” adlı kitablar nümayiş etdirilir

Sərgilərin əsas təşkilatçısı Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Kitabxana İnformasiya Mərkəzidir.