03.04.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 502
“YCAC2024 - Young Climate Ambassadors Conference” (Gənc İqlim Elçiləri Konfransı) adlı tədbir baş tutub

“YCAC2024 - Young Climate Ambassadors Conference” (Gənc İqlim Elçiləri Konfransı) adlı tədbirin açılış mərasimi baş tutub. Tədbir zamanı dövlət himni səslənib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Hikmət Atayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektor köməkçisi Samir Məhərrəmov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq əlaqələr üzrə meneceri Aysu Məmmədova və ATMU TGT sədri Samir Abdullayev açılış nitqləri ilə çıxış edib.