SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.04.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 81
ATMU-da “Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti”nə dair tədbir olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya   İnstitutu  Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin iştirakı ilə «Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti» mövzusunda təqdimat olub.

  Təbiət abidələrinin ən ecazkar nümunələrindən sayılan bazalt sütunlarının geoturizm üçün əhəmiyyətinə toxunan tədqiqatçı-alim,eyni zamanda  adıçəkilən təbiət abidələrinin yayılma arealı, geoloji və geomorfoloji xüsusiyyətlərindən də bəhs edib. Azərbaycanın Kiçik Qafqaz və Talış dağları ərazisindəki vulkan mənşəli süxurlarda intişar tapan sütunvari ayrılmalar və eko - geoturizmin potensial imkanlarına münasibət sərgiləyib.

Turistlərdə təbiət abidələrinə marağı  şərtləndirən  maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan  R.Fətəliyev bazalt sütunlarının sistemli şəkildə elmi tədqiqinin önəmli olduğna aydınlıq gətirib. Məhz təbiət abidəsi kimi qeydiyyata alınması, təsnifatlaşdırılması, qorunması və əlçatanlığının təmin edilməsinı aktual məsələ kimi dəyərləndirib.