SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.04.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 130
ATMU əməkdaşları “Clarivate Analytics” şirkətinin keçirtdiyi təlimdə iştirak edib

“Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi üzrə aprelin 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate Analytics” şirkəti tərəfindən təlim keçirilib. Hibrid şəkildə keçirilən təlimdə ATMU əməkdaşları da iştirak edib.


Təlimçi “Clarivate Analytics” şirkətinin nümayəndəsi Inesh Kenzhina iştirakçılara sözügedən mövzuda əsas tələblər, beynəlxalq təcrübədən nümunələr, eyni zamanda yerli elmi jurnalların beynəlxalq səviyyədə tanınması və uğurlu elmi jurnalların sayının artırılması üçün zəruri vasitələr barədə məlumat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.