SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.04.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 373
Şokolad və kakao tozunun istehsal texnologiyası: Açıq dərs

ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının dosenti, Unlu və qənnadı məmulatların texnologiyası fənni üzrə müəllim Çingiz Əliyev tərəfindən Sosial menecment fakültəsinin Qida mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri üçün nəzərdə tutulan açıq dərsdə şokolad məhsullarının istehsal texnologiyasından bəhs edilib. Dərsin gedişatında slayd və əyani vasitələrdən istifadə olunub.

Fənn proqramı çərçivəsində keçirilən açıq dərsdə Mehmanxana və restoran biznesi kafedrasının müəllimləri Həlilə Məmmədova və Pakizə Tanrıverdiyeva iştirak ediblər.