SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.04.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 325
ATMU nümayəndələri IMC Krems Universitetinin “Erasmus+” layihəsi çərçivəsində keçirilən “3rd International Staff Week” həftəsində

Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) nümayəndələri- Keyfiyyət təminatı şöbəsininmüdiri Sara Bağırlı və Beynəlxalq əlaqələr şöbəsinin“Avstriya – Azərbaycan Turizm Proqramı”(AATP) üzrəproqram koordinatoru Aytac Babayeva AvstriyaRespublikasının IMC Krems Universitetində “Erasmus+” layihəsi  çərçivəsində təşkil edilən “3rd International Staff Week”adlı tədbirdə olublar.

 ​Azərbaycandan savayı Avropa və digər partnyor ölkəuniversitetləri nümayəndələrinin qatıldığı “IMC 3rdInternational Staff Week” həftəsində “Bilik və təcrübəmübadiləsinin təşkili”, “Ali təhsil sisteminin keyfiyyətliidarəolunması” və IMC Krems universitetinin əməkdaşlarıtərəfindən gündəliyə daxil edilən “Tələbə qəbulu prosesivə Marketinq”, “Tələbələrin elmi işlərində plagiarizm”, “Tədqiqat işinin aparılması: Jurnal nəşrləri” və “Süni intellektin təhsildə rolu”na dair mövzular iştirakçılartərəfindən maraqla qarşılanıb. İnteraktiv formatda təşkilolunan həftəboyu təlimlər zamanı təcrübə mübadiləsininaparılması məsələsi də diqqətdən yayınmayıb.

​  Mədəni turizm istiqamətli ekskursiya və ekolojiyürüyüşlərlə yekunlaşan təlimin sonunda “International Staff Week” həftəsinin fəal iştirakçılarına sertifikat təqdimedilib. 

Qeyd etmək lazımdır ki, ATMU və IMC KremsUniversiteti 2007- ci ildən indiyədək “Avstriya – Azərbaycan Turizm Proqramı”(AATP) üzrə ikili diplomproqramının uğurlu icrası və davamlılığına böyük səygöstərirlər.