ATMU-nun tərəfdaş universiteti Jade Tətbiqi Elmlər Universiteti 29 iyul – 23 avqust2024-cü il tarixləri arasında Vilhelmshaven şəhərciyində “Alman dilində DənizkənarıYay Kursu” dil proqramını təklif edir.
İştirakçılar 4 həftəlik müddət ərzində Vilhelmshavendə yaşayacaq və bu müddətərzində ixtisaslı müəllimlərin nəzarəti altında kiçik qruplarda dil bacarıqlarınıtəkmilləşdirmək imkanı əldə edəcəklər. Hər bir iştirakçı kursun sonunda sertifikatalacaq.
Proqrama hər kəs müraciət edə bilər.
Dərs proqramı:
• Hər səhər kiçik qruplarda beş saatlıq dərslərin təşkili.
• Günortalar nəzəriyyəni praktikada tətbiq etmək imkanı
• Hər bir iştirakçı üçün öncədən səviyyə imtahanının təşkili
• İştirakçılara kommunikativ bacarıqların aşılanması
• Düzgün tələffüzün öyrədilməsi, dinləmə bacarıqlarını təkminləşdirilməsi
• Layihə və ya təqdimatlarda müxtəlif mədəni mövzuların işlənməsi.
Maliyyə şərtləri
Yay məktəbində iştirak haqqı 580 Avro
Mübadilədə iştirak etdiyi halda tələbənin ödəyəcəyi məbləğ 290 Avro
Bütün maliyyə xərcləri tələbələr tərəfindən qarşılanır.
* Ödənişə dərslər üçün xərclər və qismən sahə səfərləri üçün xərclər daxildir. Yaşayışvə yemək xərcləri daxil deyil.
Qeydiyyat linki: https://forms.office.com/r/Js5Upvwc3q?origin=lprLink
Qeydiyyat üçün son tarix: 24 May 2024
Ətraflı məlumat əldə etmək üçün: ATMU Beynəlxalq Əlaqələr şöbəsi – 201-ci otaq / international@atmu.edu.az