SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
15.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 92
ATMU-da beynəlxalq İSO standartları üzrə fəaliyyət davam edir

       Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Norveç Krallığının “DNVAS” şirkətinin ölkəmizdəki nümayəndəliyi tərəfindən ali təhsil müəssisəsinin Turizm və qonaqpərvərlik fakültəsində dünyada ən çox tətbiq edilən Beynəlxalq   İSO 9001:2015 standartının tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemi (KİS), eyni zamanda həm Turizm və qonaqpərvərlik,həm də  Sosial menecment fakültələrində Beynəlxalq İSO 21001:2018 standartının tələblərinə müvafiq Təhsilin İdarəedilməsi(Tİ) üzrə dövri audit yoxlaması prosesi başa çatıb.

       Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsi ilk dəfə 2019-cu ildə Beynəlxalq İSO 9001:2015 –standartının tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemi(KİS) sertifikatına layiq görülüb. Ötən il beynəlxalq standart sertifikatının fəaliyyət dövrü daha bir uzadılıb.

       ATMU-nun adıçəkilən sertifikatlara layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığı sahəsində tədris və təlimin beynəlxalq standartlara uyğun təhsil siyasəti ilə əhatələndiyindən xəbər verir.

     Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) inkişaf dinamikasında “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində Beynəlxalq İSO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi (KİS), o cümlədən İSO 21001:2018-Təhsilin İdarəedilməsi (Tİ) standartlarına uyğun təhsil siyasəti aktual tələb kimi dəyərləndirilir.