Xərclər üzrə nəzarətçi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Mal-material üzrə sənədləşməni həyata keçirmək, qiymət, say göstəricilərinin müqavilələrə, təchizat sifarişləri sənədlərinə uyğun olub- olmamasını yoxlamaq, uyğunsuzluq hallarının aradan qaldırılmasını təmin etmək;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
  • Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq;
  • Təchizatçılar üzrə məlumat bazasının aparılması;
  • Rəhbərliyin işi üçün zəruri olan sənədlərin və məlumatların hazırlanması;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
  • Müəssisənin hesablama. çəki avadanlıqlarının düzgün çalışmasının yoxlanılması üçün səyyar yoxlamaların aparılması;
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
  • Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
  • Lazım gələrsə digər mühasibatlıq uçotu məliyyatlarının aparılması üçün dəstək olmaq;
  • Xüsusi turist qruplarına menyuların xərclərinin müəyyənləşdirilməsi, xərclərin optimallaşdırılması, BEO-lar hazırlanan zaman yaxından iştirak etməli;
  • Gündəlik sifarişlərin satış menyusuna uyğun olub-olmamasını yoxlamaq.

TƏLƏB OLUNAN BILIK, BACARIQ VƏ TƏCRÜBƏ:

  • İşə planlı yanaşmalı;
  • Ali təhsilli olmalı;
  • Fəal olması və komandada işləmək bacarığı;
  • Fikrini sərbəst və dəqiq izah etmək qabiliyyəti olmalı;
  • Riyazi analitika bacarıqları olmalı;
  • Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
  • Restoran və hotel sahəsində 1-3 il iş təcrübəsi olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  • Satış və anbarın idarə olunmasını bilməli;
  • Yaş həddi 22-35;
  • MC,Günəş və ya 1C,SPM,ERP, MS Office ( Excell-yaxşı səviyyədə) proqramlarında işləməyi bilməli;
  • Yemək və digər hotel satışları üzrə kalkulyasiya barədə məlumatı olmalı.
  • Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xərclər üzrə nəzarətçi) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.