21.12.2023
ATMU
Section: News
Number of views: 1138
20 dekabr 2023-cü il tarixində ATMU-nun Karyera-kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Keys Menecment adlı tədbir baş tutdu.

20 dekabr 2023-cü il tarixində ATMU-nun Karyera-kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Keys Menecment adlı tədbir baş tutdu .Tədbirin qonağı Azərbaycan Sosial iş İctimai birliyinin İdarə Heyətinin üzvü Sənan Ağayev idi.Tələbələrin çoxsaylı istəyi ilə dəvət olunan qonaq cəmiyyətin sosial həyatında baş verən proseslər,onların həlli,bu istiqamətdə görülən işlərdən danışdı.Sənan Ağayev tədbir ərzində qarşılaşdığı real situasiyalardan nümunələr gətirərərk tələbələrə hadisəyə yanaşma ,empatiya qurulması ,qarşılıqlı dinləmə ,hadisənin təhlili və nəticənin çixarılması kimi bacarıqları təhlil etdi.Qarşılıqlı sual-cavab formatında keçən görüş tələbələrin böyük marağına səbəb oldu.Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.