SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsi (KKŞ) 2017-ci ildə ATMU-nun nəzdində müstəqil struktur vahidi kimi təsis olunub.

Şöbə öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, ATMU-nun Nizamnaməsi və Karyera və Kommunikasiya şöbəsinin Əsasnaməsi əsasında tənzimləyir.

Karyera və kommunikasiya şöbəsi öz fəaliyyətini həyata keçirərkən ATMU-nun digər struktur vahidləri, dövlət və icra orqanları, bələdiyyələr, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, turizm şirkətləri, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq edir.

Şöbə Azərbaycan Respublikasının turizm sənayesinin inkişafına kömək məqsədi ilə turizm müəssisələri üçün zəruri olan müxtəlif xidmət sahələrinə uyğun ixtisaslı turizm mütəxəssislərinin hazırlanmasını təmin edilməsi, məzun olan tələbələr haqqında məlumatların elektron bazada yerləşdirilməsi, turizm müəssisələrinə texniki, təşkilati, konsultativ və elmi, metodiki xidmətlərin göstərilməsi, ATMU-nun tədris proqramlarına uyğun olaraq müxtəlif turizm obyektlərində istehsalat təcrübəsinin təşkil edilməsi, əhalinin turizm sahəsində məlumatlılığının artırması, beynəlxalq təcrübəyə uyğun olaraq tədrisin, elmin və istehsalatın əlaqələndirilməsinin təmin edilməsi işini təşkil edir.

Karyera və Kommunikasiya şöbəsi fəaliyyəti müddətində müxtəlif yerli və beynəlxlaq şirkətlərlə, dövlət müəssisələri ilə əməkdaşlıq edir. Şöbə sənayelərdən nümayəndələrin və ATMU məzunlarının universitetə dəvət edilməsi, tələbələrlə müxtəlif görüşlərin təşkil olunması istiqamətində fəaliyyət göstərir. Bundan əlavə, müxtəlif istiqamətli və miqyaslı tədbirlərdə ATMU tələbələrinin könüllü qismində iştirakının təmin olunması işi də Karyera və Kommunikasiya şöbəsi tərəfindən koordinasiya edilir.

Turizm sektorunda və digər xidmət sahələrində fəaliyyət göstərən kadrlar üçün qısa və uzunmüddətli kurslar və təlim proqramlarının təşkili, turizm təlimi sahəsində müxtəlif səviyyəli tədbirlərin keçirməsi, beynəlxalq miqyasda turizmə aid tədbirlərdə iştirak edilməsi, ATMU tələbələrinin ölkə daxilində və xaricidə təcrübə keçməsi işini digər sturktur bölmələrlə birlikdə təşkil edilməsi, məzunların ixtisas profili üzrə iş imkanlarının dəstəklənməsi və s. məsələlər də Karyera və kommunikasiya şöbəsinin fəaliyyətinə daxildir.

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küç., 822/23,Bakı, Azərbaycan (Əsas tədris binası)

E-mail: karyera@atmu.edu.az

Tel.: +994 12 564 42 33 (118)