SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Elanlar
"Könüllülükdən Peşəkarlığa"

Əziz tələbə və məzunlar,

Sizləri "Experience Talks" layihəsi çərçivəsində növbəti görüşə dəvət edirik. "Könüllülükdən Peşəkarlığa" mövzusunda çıxış edəcək Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi "Turizm Könüllüləri" Təşkilatının sədri Hüseyn Məmmədov Azərbaycanda könüllülük fəaliyyəti, könüllülük fəaliyyətinin peşəkar bilik və bacarıqların formalaşmasında rolu və "Turizm Könüllüləri" təşkilatı barədə danışacaq.

Görüş 17 yanvar saat 17:00-da ZOOM tətbiqi ilə həyata keçiriləcək. Yalnız qeydiyyatdan keçənlərə görüş linki göndəriləcək.

Əgər turizm könüllüləri sırasına qoşulmaq və ya ümumiyyətlə könüllülük fəaliyyətinin sizə nələri qazandıracağı barədə bilmək istəyirsinizsə, görüşə qoşulun.

Qeydiyyat linki: https://rb.gy/kjiv6i

14.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 374