SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Elanlar
Haradan və necə başlayaq? təlimi

ATMU-nun dəyərli tələbə və məzunları,

Sizləri 07 yanvar 2021-ci il saat 19:00-da ZOOM platforması üzərindən baş tutacaq “Haradan və necə başlayaq?” adlı onlayn təlimdə iştiraka dəvət edirik. Təlim "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai birliyinin sədri, 2020-ci il Gənclər üçün ayrılmış Prezident mükafatçısı, Boccia idman növü üzrə paralimpiyaçı, şair-yazar və təlimçi motivator Mətanət Quliyeva (Qüdsi) tərəfindən aparılacaqdır.

Təlimdə iştirak etməklə siz “pandemiya bizə nə qazandırdı?”, “44 günlük müharibədən sonra və pandemiya dövründə yaranmış yeni şəraitdə haradan və necə başlamalı?”, “hədəfləri necə müəyyən etməli?”, “hədəf, məqsəd və motivasiya nədir?” və sizi maraqlandıran digər suallara ətraflı cavab alacaqsınız.

Qeyd: İştirakçılara sertifikat təqdim olunacaqdır.

İştirak üçün hiperkeçid: https://zoom.us/j/9600988466

İdentifikasiya nömrəsi: 960 098 8466

05.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 370