SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Elanlar
"Karyerada uğur formulu" görüşü

ATMU tələbə və məzunların nəzərinə,

ATMU "Karyera və Kommunikasiya" şöbəsinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) rəsmi dəstəyi ilə "HR Talks" layihəsinin ikinci görüşünə sizləri dəvət edirik.

Layihənin növbəti təqdimatçısı Aydan Məmmədova "Karyerada uğur formulu" ilə bağlı sizlərə CV-yazılması, müsahibələrdə iştirak və s. məsələlərdə önəmli olan məqamları izah edəcək.

Qeyd edək ki, Aydan Məmmədova Azərsun Holdinq və Azərbaycan Beynəlxalq Bankında "İnsan Resursları" üzrə çalışmışdır. Hazırda dövlət qurumlarından birində eyni sahə üzrə fəaliyyətini davam etdirir.

Görüş onlayn şəkildə "Zoom meetings" tətbiqi üzərindən

5 Sentyabr 2020-ci il tarixində saat 16:00-da həyata keçiriləcəkdir.

Qeydiyyat 5 Sentyabr saat 12:00-a qədər davam edəcəkdir.

Qeydiyyat üçün link: https://rb.gy/333uid

Hər hansı sualınız olarsa a.bayramova@atmu.edu.az ünvanına yaza bilərsiniz.

03.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 361