SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Elanlar
All about Banking

“All about Banking”

 

       Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı prosesində məqsədli layihələrin icrasına da xüsusi əhəmiyyət verilir.Tasadüfi deyil ki, universitetin Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “All about Banking” adlı növbəti layihəyə bugünlərdə yekun vurulub. May ayından başlayan silsilə təlimlərin əsas iştirakçıları isə ATMU tələbə kontingenti olub. Adıkeçən layihədə tələbələrlə bank sektorunda uğurlu mövqeyə sahiblənənlərin görüşünün təşkili, peşəkar vərdiş və təcrübə potensialından yararlanmaq imkanları, bank mühiti ilə yaxından tanışlıq, karyeraqurma və s. məsələlər əksini tapıb.

13.12.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 436