SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Elanlar
Məzunlarla uğura doğru

 “Məzunlarla uğura doğru”

 ATMU-da universitetimizin tələbələri üçün “Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə “Məzunlarla uğura doğru” adlı layihəyə başa çatdı. 21-25 noyabr tarixlərində silsilə görüşlər şəklində baş tutan layihənin əsas məqsədi tələbələrlə karyeralarında uğurlu mövqe tutan məzunların görüşü, onların təcrübəsindən tələblərin faydalanması və universitet-məzun əlaqələrinin daha da möhkəmləndirilməsidir.  "Məzunlarla uğura doğru" layihəsi çərçivəsində BMZ Colleges-Xaricdə təhsil və Karyera Mərkəzinin Direktoru Ülkər Fətəliyeva, Azərbaycan Turizm Bürosunun Yaxın Şərq ölkələri üzrə regional meneceri Kamran Daşdəmirov, Wide Travel şirkətinin direktoru İlkin Əhmədov, Ninja Kids Club by LTC təsisçisi Həvva Səfərova , Dream Hotel Group şirkətinin Strategiya üzrə direktoru Ceyhun Nəsibbəyli tələbələrlə görüşərək uğurlu karyeranı qurmağın sirləri və karyera strategiyaları mövzusunda dəyərli məsləhətlər verərək öz karyeraları ilə bağlı maraqlı məqamları detallı şəkildə onlarla böluşdü.

13.12.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 408