Haqqında

Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq əlaqələr” şöbəsi 2006-cı ilin avqust ayından fəaliyyət göstərir, şöbənin əsas fəaliyyət istiqamətlərini özundə əks etdirən “Əsasnaməsi 2008 – ci ildə hazlanmış və daha sonra 2015 və 2018 – ci illərdə yenilənmişdir. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) fəaliyyətə başladığı zamandan etibarən əsas inkişaf istiqamətləri beynəlxalq əlaqələrin formalaşdırılması, xarici tərəfdaş universitetlər ilə əməkdaşlıq imkanlarının yaradılması, beynəlmiləlləşmə üzrə fəaliyyətini tənzimləməkdir.

Şöbənin missiyası – dünyada turizm və menecment sahəsində tədris aparan ali təhsil müəssisələri və turizm sənayesində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə əlaqələr quraraq ATMU-da həyata keçirilən tədris və araşdırma prosesinin keyfiyyət və kəmiyyət baxımından inkişafına dəstək verməkdir.

Şöbənin vizyonu – qlobal təhsil dəyərləri nəzərə alınmaqla akademik, inzibati heyət və təhsil alanların beynəlxalq elm və təhsil dünyasına çıxışını təmin etməklə ATMU-nun beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini davamlılıq prinsipi əsasında inkişaf etdirməkdir.

Şöbənin əsas fəaliyyət istiqamətləri

· Beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulması

· Xarici ali təhsil müəssisələri ilə əməkdaşlıqların formalaşdırılması

· Beynəlxalq tələbə və müəllim mübadiləsi proqramlarının təşkil edilməsi

· Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ATMU-da təhsillərinin təşkili

· İkili Diplom proqramlarının həyata keçirilməsi

· Beynəlxalq akademik heyət və tədqiqatçılar ilə əməkdaşlığın təşkili

· Beynəlxalq reytinqlərdə təmsilolunma

· Beynəlxalq layihələrin idarə olunması

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küç., 822/23, Bakı, Azərbaycan (Əsas tədris binası) E-mail: international@atmu.edu.az

Tel.: +994 12 564 42 33 (122)