SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

Təhsildə qiymətləndirmə şöbəsinin əsasnaməsi Azərbaycan Turizm və Menecment Universiteti Elmi Şurasının 15 fevral 2022-ci il tarixli iclasında təsdiq olunmuşdur. Şöbə öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi, ATMU-nun Nizamnaməsi, Elmi Şuranın qərarları, rektorun əmr və sərəncamları, daxili təlimatlar və Təhsildə qiymətləndirmə şöbəsinin Əsasnaməsi əsasında tənzimləyir, qeyd olunanları rəhbər tutaraq digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir

Təhsildə qiymətləndirmə şöbəsinin fəaliyyət göstərməsində əsas məqsəd təhsilin məzmunun mənimsənilməsi səviyyəsinin səmərəli ölçülməsinə imkan verən mütərəqqi qiymətləndirmə üsul və vasitələrinin hazırlanması, o cümlədən həyata keçirilməsi, eləcə də ATMU-da biliyin qiymətləndirilməsi prosesinin ümumi koordinasiyasının təşkil edilməsidir.

Universitetdə biliyin obyektiv qiymətləndirilməsini aidiyyatı struktur bölmələrlə əlaqələndirilmiş formada təşkil etmək; tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbələrin mənimsəmə nəticələrini (o cümlədən, cari, aralıq və yekun qiymətləndirmə nəticələrini) mütəmadi təhlil etmək və uyğun qiymətləndirmə forması təklif etmək; akademik heyət üzvlərinin müasir təlim və qiymətləndirmə yanaşmaları və üsullarından istifadəsini təşviq edən idarəetmə mexanizmini formalaşdırmaq Təhsildə qiymətləndirmə şöbəsinin əsas fəaliyyət istiqamətləridir. Göstərilən fəaliyyət istiqamətləri çərçivəsində Təhsildə qiymətləndirmə şöbəsi tərəfindən “Tələbə biliyinin qiymətləndirilməsində izlənməsi lazım olan prosedur qaydalar” və “Qiymətləndirmə və imtahan qaydaları” sənədləri hazırlanmışdır. Elmi Şuranın qərarı ilə təsdiq edilən bu sənədlər əsasında Azərbaycan Turizm və Menecment Universitetində biliyin qiymətləndirilməsi prosesi tənzimlənir.

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küçəsi, 822/23, Bakı, Azərbaycan (Əsas tədris binası)

E-mail: qiymetlendirme@atmu.edu.az

Tel.: +994 12 564 42 33 (148)