SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzi Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi fəaliyyətin, tədqiqatların və innovasiya təşəbbüslərinin təşkili, idarə olunması və koordinasiyası sahəsində fəaliyyət göstərən struktur vahididir. Mərkəz 2025-ci ilin oktyabr ayında Elm və innovasiya şöbəsinin bazasında yaradılmışdır və bilavasitə universitetin rektoruna tabe olmaqla, elmi məsələlər üzrə prorektorun tabeliyində fəaliyyət göstərir. Mərkəz iki struktur bölmədən ibarətdir: Magistratura və Doktorantura və Elmi Tədqiqatlar bölməsi.

Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə Elmi tədqiqatların koordinasiyasının həyata keçirilməsi və universitetin elmi fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə elmi tədqiqatların və araşdırmaların nəticələrinin praktikada tətbiqinə nail olunması daxildir.  Təşkilati rəhbərlik, elmi-tədqiqat məsələləri üzrə universitet bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi və bu işlərə müntəzəm nəzarətin həyata keçirilməsi də mərkəzin əsas fəaliyyət istiqamətlərinə aid edilir.

Həmçinin onu qeyd edə bilərik ki, müasir dövrdə öz səlahiyyətləri daxilində, universitet rəhbərliyinin kadr hazırlığı və elmi tədqiqat fəaliyyətinə aid qərarlarının icrasında yaxından iştirak, tələbələrin elmi yaradıcılıq fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, tələbələrin innovativ fəaliyyətə istiqamətləndirilməsi üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi prosesi Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biridir.

Seçilmiş tələbə layihələrinin gələcəkdə kommersiya fəaliyyəti üçün hazırlanmasına dəstək tədbirlərinin genişləndirilməsi məqsədli seçiminin təşkili, perspektivli layihələrin müsabiqəsinin təşkili, qrant təşkilatlarına və dövlət qurumlarına dəstək üçün müraciətlərin təşkili, universitetdə təhsil, elmi və inzibati fəaliyyət üçün səmərəli idarəetmə sisteminin formalaşdırılması təkliflərini hazırlamaq və onların həyata keçirilməsinə dəstək göstərmək (treninqlər və təlimlər təşkil etmək) kimi işlərin icrası Mərkəz tərəfindən həyata keçirməkdədir.

“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının nəşri, tələbələrin elmi yaradıcılıq fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, tələbələrin innovativ fəaliyyətə istiqamətləndirilməsi üçün tədbirlərin hazırlanması və reallaşdırılması, elmi konfransların, seminarların, dəyirmi masaların və bu istiqamətli digər tədbirlərin təşkili Mərkəz tərəfindən həyata keçirilir.

İl ərzində “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalına məqalələr toplamaq, onların məzmunu ilə tanış olmaq, çap üçün uyğun olmayan məqalələri  redaksiya heyəti tərəfindən müəyyənləşdirərək müəlliflərə iradlarla birlikdə geri qaytarmaq, jurnala uyğun olan məqalələri beynəlxalq bazaya daxil etmək (DOİ almaq), nəşriyyyatla və müəlliflərlə daim kontaktda olmaq, il ərzində AAK-ın jurnalla bağlı tələblərini və yenilikləri izləmək və jurnalı AAK-ın dəyişən norma və tələblərinə uyğunlaşdırmaq Mərkəzin mühüm fəaliyyət istiqamətlərindən biridir.

                           Antiplagiat proqramı ilə işin təşkili. Mərkəz tərəfindən magistr, doktorant və dissertantların həmçinin universitetin professor-müəllim heyətinin  elmi işlərini il boyu plagiatdan keçirmək, onlara plagiat haqqında arayış hazırlamaq və müqavilənin yenilənməsi prosesi həyata keçirilir.

Mərkəzin mühüm istiqamətlərindən biri də Magistratura və Doktorantura təhsilinin həyata keçirilməsidir ki, burada onların dissertasiya mövzularının müzakirəsini aparmaq, onların təhsil prosesinin gedişinə nəzarət etmək, onların elmi-tədqiqat mövzularını müzakirə etmək və tədris prosesini müvəffəqiyyətlə başa çatdırmaları üçün dəstək göstərilməsi, onlara məsələhətlərin verilməsi və tədqiqat işlərinin gedişinə müntəzəm olaraq nəzarət edilməsi, aralıq və yekun müzakirələrin təşkil edilməsi, müdafiə şuralarının yaradılması və obyektiv qiymətləndirmə prosesinin həyata keçirilməsi aiddir.

Müasir tələblərə cavab verən layihələrin hazırlanması və bu işə cəlbediciliyi artırmaq üçün müxtəlif fəaliyyətlərin həyata keçirilməsi çoxşaxəli tədqiqat üsullarının tətbiqi üçün müxtəlif istiqamətli tədqiqat qruplarının yaradılması bilavasitə Mərkəzin səlahiyyətləri daxilindədir.

Əlaqə

Ünvan: Koroğlu Rəhimov küçəsi, 822/23

Bakı, Azərbaycan (Əsas tədris binası)

Tel.: +994 12 564 42 33 (Daxili: 125)