Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsi 2006-cı ildən fəaliyyətə başlamışdır.
Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsi öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər hüquqi-normativ sənədlər, ATMU-nun Nizamnaməsi və İnsan resursları şöbəsinin Əsasnaməsi əsasında tənzimləyir.
İnsan resursları şöbəsinin fəaliyyətindəki əsas məqsəd Azərbaycan Turizm və Menecment Universitetinin strateji plan və dəyərlərinə uyğun kadrların seçilməsi və gələcəkdə də həmin kadrların peşəkar inkişaf imkanlarının artırılması istiqamətində işlərin aparılmasından ibarətdir.
Şöbə tərəfindən əmək intizamı və kadr dəyişikliyi ilə bağlı məsələlərdə təhlillərin aparılması, işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun hazırlanması, əməkdaşların karyera planlaşdırılması üzrə prosedurların aparılması, universitetin zəruri sayda və keyfiyyətdə insan resursları ilə təmin edilməsi istiqamətində davamlı və operativ fəaliyyət, işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi, attestasiyadan keçməli olan mütəxəssislərin siyahısının və vacib attestasiya sənədlərinin hazırlanması, attestasiya komissiyaları tərəfindən verilən təkliflərin həyata keçirilməsi üçün tədbirlər planının işlənib hazırlanması, kadr məsələlərinin həllində universitetin bölmələri, kənar təşkilatlar və müəssisələrlə qarşılıqlı əlaqənin təşkil olunması həyata keçirilir.
İnsan resursları şöbəsi kadrların inkişafına dair günün tələblərinə uyğun olaraq məhsuldarlığın artırılması, iş məmnuniyyətinin yüksəldilməsi, təşkilati tarazlığın təmin olunması və komanda ruhunun formalaşdırılması kimi mövzularda təlimlər təşkil edir.
ƏLAQƏ
Ünvan: Koroğlu Rəhimov küç., 822/23,Bakı, Azərbaycan (Əsas tədris binası)
E-mail: hr@atmu.edu.az
Tel.: +994 12 564 42 33 (115)