Kitablar
Redaktorlar: Filologiya elmləri doktoru, dosent Ağaverdi Sərxan oğlu Xəlilov, Müəllim Günel Nizami qızı Həbibova


Təqdim edilən kitab Azərbaycan Turizm və Menecment Universitetinin “Dillər” kafedrasının əməkdaşları tərəfindən tərcümə edilmişdir. Kitabın ayrı-ayrı hissələrini rus dilindən Ağaverdi Xəlilov, Xumar Vahabova, Ülviyyə Baxşəliyeva, Mehriban Allahquluyeva, Almaz Zöhrabova, Günel Həbibova, Xəyyam Abbasov tərcümə etmişdir.
Müəlliflər: p.e.d., prof. Novruz Əmirxan oğlu Quliyev – ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri. b.e.n. Gülnar Mahal qızı Məmmədli – ATMU – nun “Mehmanxana və restoran biznesi” kafedrasının dosenti. Həlilə Nəcəfqulu qızı Məmmədova – ATMU – nun “Mehmanxana vərestoran biznesi” kafedrasının müəllimi.

Dərs vəsaiti ali məktəblərdə “Qida məhsullarının mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitində xammal və qida məhsullarının təbii mənşəli toksinlərlə əsas çirklənmə yolları göstərilmiş, geni modifikasiya olunmuş orqanizmlərin tətbiqinin təhlükə riski müzakirə edilmişdir.Toksinlərin insan orqanizminə mənfi təsirinin azaldılması üsulları, o cümlədən əsas qida əlavələri və bioloji fəal maddələr nəzərdən keçirilmişdir.
Müəlliflər: Novruz Əmirxan oğlu Quliyev, pedaqogika elmləri doktoru, professor Gülnar Mahal qızı Məmmədli, biologiya elmləri namizədi, dosent

Dərs vəsaiti ali məktəblərdə bakalavr və magistratura pillələrində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitində insan orqanizminin həzm quruluşu və funksiyası, həzm prosesləri və maddələr mübadiləsinin xüsusiyyətləri, əsas qida maddələrinin bioloji rolu və əhəmiyyəti, qidalanmanın qiymətləndirilməsi metodları haqqında məlumat verilmiş, sağlamlıq və əmək qabiliyyətinin saxlanmasında qidalanmanın rolu haqqında müasir təsəvvürlərin icmalı öz əksinin tapmışdır. Əhalinin ayrı-ayrı qruplarının qida maddələrinə, enerji və qida məhsullarına olan tələbatı işıqlandırılmışdır. Eyni zamanda səmərəli qidalanmanın fizioloji əsasları, uşaq və yeniyetmələrin qidalanmasının təşkili məsələləri, səmərəli, pəhriz, müalicəvi-profilaktik qidalanmanın əsas istiqamətləri nəzərdən keçirilmiş, ümumiyyətlə, dünya təcrübəsini nəzərə almaqla, insanın qidalanması haqqında elmi məlumat təqdim edilmişdir.