Kredit: 15

Fənnin qısa məzmunu:
Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dildə təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilməlidir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə ilkin səviyyə üzrə:
- Ən çox əlaqəli olan sahələrə (şəxsi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq və s.) aid məlumatları bilir və sadə cümlələrlə ifadə edir
- Gündəlik həyatda sadə cümlələrlərdən istifadə etməklə ünsiyyət qurur
- Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur
- Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət qurur
- İşgüzar və akademik yazının xüsusiyyətlərini bilir, fərqli kontekstdə mətnlər hazırlayır
- Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilir, ünsiyyət əlaqələrində istifadə edir
1.Fəlsəfə

2.Sosiologiya

3.Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

4.Məntiq

5.Etika və estetika

6.Multikulturalizmə giriş

Kredit: 3

Fənnin qısa məzmunu:
Kimya-1 kursu Qida Məhsulları Mühəndisliyi ixtisasında təhsil alan tələbələrə qida məhsullarının tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələri ilə bağlı xüsusi bilikləri vermək və Qida Məhsulları Mühəndisliyi ixtisasında təhsil alan tələbələrə qida məhsullarının tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələri ilə bağlı xüsusi bilikləri mənimsətməkdir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə :
- əsas qida məhsullarının kimyasını, tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələrini biləcək.
- elementlərin kimyasını, onların qida məhsulları tərkibində rolunu, mühitdə oynadığı rolu və tərkibdə miqdarlarının təyin edilməsini öyrənəcək.
- kimyəvi avadanlıqlarla işləmə, elementləri xassələrinə görə təyin etmə, analiz aparma və fiziki-kimyəvi prosesləri izləməklə təyinat aparmaq bacarığına yiyələnəcək.

Kredit: 4

Fənnin qısa məzmunu:
Bu fənn tələbələrin statistik metodları mənimsəməsinə,statistik informasiyanın toplanılması,qruplaşdırılması və nəticələrin alınmasına imkan verən bacarıqların formalaşdırılmasına səbəb olacaqdır.Bu kursun tədrisi nəticəsində tələbələr cəmiyyətdə gedən proseslərə statistik metodların tətbiqi ilə bağlı təməl biliklərə yiyələnəcəklər.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə :
Fizikanın digər fundamental qanunlarla birgə tədris olunması tələbələrin intellektual potensialının üzə çıxarılmasına və müasir münasibətlər sistemində uğurla fəaliyyət göstərən yaradıcı şəxsiyyətlərin formalaşmasına imkan yarada bləcək. Bundan əlavə, bu fənni bitirdikdən sonra tələbələr qlobal informasiya resurslarına sərbəst çıxış yaratmaq imkanı, nəzəri biliklərə yiyələnməklə sərbəst tədqiqat işləri aparmaq vərdişləri əldə edirlər
Kredit: 5

Fənnin qısa məzmunu
Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcıllıqla öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- Azərbaycanın dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırır, bunun üçün dövlətçilik ənənələrinin keçmişi və bu günü haqqında zəruri biliyə malik olduğunu nümayiş etdirir, faktları ümumiləşdirir.
- Əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirilməsində istifadə etmək vərdişlərinə yiyələnir.
- Azərbaycanın dövlətçilik ənənələrinin tarixi haqqında, onun yaranması, formalaşması və inkişafı dinamikasını dövrün xüsisiyyətləri baxımından izah edir, onlar arasında səbəb və nəticə əlaqələrini təhlil edir və ona münasibət bildirir.
- Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına təsir edən siyasi, ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil və tədqiq edir, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir.
- Müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir.
- Müasir dünyada Azərbaycan dövlətçiliyinin yeri və rolunu sistemli təhlil edir, fərziyyə və mülahizələr irəli sürür, təkliflər verir, debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir.
Fənnin adı: Rus dilində işgüzar və akademik kommunikasiya

Kredit:15

Fənnin qısa məzmunu
Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə rus dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilməlidir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə daha üst dil səviyyəsi üzrə:
- Ən çox əlaqəli olan sahələrə (şəxsi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq və s.) aid məlumatları bilir və sadə cümlələrlə ifadə edir
- Gündəlik həyatda sadə cümlələrlərdən istifadə etməklə ünsiyyət qurur
- Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur
- Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət qurur
- İşgüzar və akademik yazının xüsusiyyətlərini bilir, fərqli kontekstdə mətnlər hazırlayır
- Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilir, ünsiyyət əlaqələrində istifadə edir

Fənnin adı: Alman dilində işgüzar və akademik kommunikasiya

Kredit: 15

Fənnin qısa məzmunu
Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə alman dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilməlidir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə daha üst dil səviyyəsi üzrə:
- Ən çox əlaqəli olan sahələrə (şəxsi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq və s.) aid məlumatları bilir və sadə cümlələrlə ifadə edir
- Gündəlik həyatda sadə cümlələrlərdən istifadə etməklə ünsiyyət qurur
- Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur
- Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət qurur
- İşgüzar və akademik yazının xüsusiyyətlərini bilir, fərqli kontekstdə mətnlər hazırlayır
- Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilir, ünsiyyət əlaqələrində istifadə edir

Fənnin adı: Fransız dilində işgüzar və akademik kommunikasiya

Kredit: 15

Fənnin qısa məzmunu:
Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə fransız dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilməlidir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə daha üst dil səviyyəsi üzrə:
- Ən çox əlaqəli olan sahələrə (şəxsi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq və s.) aid məlumatları bilir və sadə cümlələrlə ifadə edir
- Gündəlik həyatda sadə cümlələrlərdən istifadə etməklə ünsiyyət qurur
- Müxtəlif işgüzar vəziyyətlərdə ünsiyyət qurur
- Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət qurur
- İşgüzar və akademik yazının xüsusiyyətlərini bilir, fərqli kontekstdə mətnlər hazırlayır
- Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilir, ünsiyyət əlaqələrində istifadə edir
Kredit: 4

Fənnin qısa məzmunu
Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilməlidir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- Təlim prosesində akademik dildə təqdimat etməyi bacarır
- Natiqlik bacarığını mənimsəyir və tətbiq edir
- Akademik və işgüzar yazı bacarıqlarını mənimsəyir və tətbiq edir
- Təlim prosesində qazandıqları bilikləri tətbiq etməyi bacarır
- Məqsədəuyğun seçdiyi metod və vasitələrin əhəmiyyətini əsaslandırmaq və təcrübədə tətbiq etməyi bacarmaq
- Təlim nailiyyətlərini qiymətləndirmək üçün müvafiq meyarları seçir və tətbiq edir

Kredit: 5

Fənnin qısa məzmunu:
Fənnin öyrənilməsi qida mühəndisliyi ixtisasında mütəxəssislərin hazırlanması sahəsində ərzaq xammalı və qida məhsullarının təhlükəsizliyi kimi aktual məsələlərin həllinə yönəldilmişdir. Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi probleminin həlli əhalinin sağlamlığının və genofondun qorunub saxlanmasına kömək edən vacib məsələlərdən biridir. Tədris kursu peşə ixtisasının formalaşmasına yönəldilmiş və gələcək qida mühəndislərinə qida məhsulları istehsalının əsas prinsipləri, keyfiyyətinin idarə edilməsi və keyfiyyətə nəzarətin təmin edilməsi, yad maddələrin təsnifatı və onların qida məhsullarına daxil olma yolları, ərzaq xammalı və qida məhsullarının əsas çirklənmə növləri, yad maddələrin metabolizmi, qida məhsullarının saxtalaşdırılması növləri haqqında məlumat verir. Fənnin tədrisində ərzaq xammalı və qida məhsullarının təbii və antropogen mənşəli toksinlərlə əsas çirklənmə növləri və yolları şərh edilir, GMO məhsulların tətbiqinin potensial risk amilləri müzakirə edilir, toksinlərin insan orqanizminə mənfi təsirinin azaldılması üsulları nəzərdən keçirilir və tələbələrə müasir tədqiqat üsulları haqqında məlumat verilir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- AR “Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi haqqında qanunun əsas müddəaları və qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin idarə edilməsi prinsiplərini;
- ərzaq xammalı və qida məhsullarının yad kimyəvi maddələrlə əsas çirklənmə mənbələri və yollarını;
- yad maddələrin təsnifatını, onların toksikoloji qiymətləndirilməsini və təhlükəsizlik meyarlarını, qida məhsullarında normativləri;
- qida məhsulları ilə təmasda istifadə edilən polimer materialların gigiyenik və ekoloji qiymətləndirilməsini;
- bioloji mənşəli toksiki maddələr və istilik emalı və saxlanma zamanı əmələ gələn birləşmələri;
- antialimentar qidalanma amillərini;
- məhsulların saxtalaşdırılması növləri və GMO məhsulların istifadəsini bilməlidir
Kredit: 5

Fənnin qısa məzmunu
Bu fənni öyrənməklə tələbə Azərbaycan Respublikasının fövqəladə halların idarə olunması, fövqəladə halların xarakteristikasını, fövqəladə hallardan əsas müdafiə üsullarını və vasitələri, fövqəladə hallar zamanı yaranmış şəraitinin qiymətləndirməsi, özünə və digər şəxslərə yardım etməyi, istehsalat proseslərində mülki müdafiə planının hazırlanması, turistlərə və və ətrafındakılara ilkin tibbi yardım kimi məsələləri bacarmalıdır.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- Fövqəladə hallarda əhalinin müdafiəsinin və ərazinin mühafizəsinin əsas üsullarını, kollektiv və fərdi mühafizə vasitələrini bilir, onlardan istifadə qaydalarını şərh edir.
- Fövqəladə hallar zamanı rabitə və xəbərdarlıq sistemlərinin vacibliyini bilir və onlardan istifadə qaydalarını nümayiş etdirir.
- Fövqəladə hallarda evdə, küçədə, müəssisədə davranış qaydalarını bilir və ona əməl edir.
- Fövqəladə hallarda tənəffüs üzvlərinin qorunması üçün sadə vasitələrin necə hazırlanması və istifadə qaydalarını bilir və şərh edir.
- Müxtəlif zədələnmə zamanı ilk tibbi yardımın məqsəd və vəzifələrini, prinsiplərini, göstərilmə qaydalarını bilir və tətbiq edir.
- Geniş yayılmış xəstəliklərin növlərini, onların yaranma səbəblərini, əlamətlərini, profilaktikasını, yoluxucu xəstəliklərdən qorunma qaydalarını bilir və şərh edir.

Kredit: 7

Fənnin qısa məzmunu:
Bu fənn tələbələrin riyazi metodları nəqliiyyat servisi sahəsində tətbiq edə bilməsinə yardımçı olacaqdır. Bu fənn analitik bacarıqların formalaşdırılması, gələcəkdə tədqiqatın keçirilməsi və xüsusilə ölçmə və təhlil məsələləri ilə bağlı bilik və bacarıqları nəqliyyat servisi sahəsində işə riyazi metodlarların formalaşması və inkişafı istiqamətində vacib yer tutur. Bu kursun tədrisi nəticəsində tələbələr cəmiyyətdə gedən proseslərə riyaziyyat elminin aparatının tətbiqi ilə bağlı təməl biliklərə yiyələnir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə ilkin səviyyə üzrə:
- sosial məlumatların ölçülməsində riyazi metodları tətbiq edə bilir;
- nəqliyyat sistemində riyazi metodlardan istifadə edə bilir;
- sosial proqnozlaşdırmada riyazi metodları tətbiq edə bilir;
- tədqiqatın nəticələrini riyazi üsulla email edə bilir;
- sosial məlumatların əyani təhlilini həyata keçirmək üçün riyazi usullardan istifadə edə bilir;
- istifadə olunan metodların düzgünlüyünü və əsaslığını isbat edə bilir.

Kredit: 3

Fənnin qısa məzmunu:
Üzvi kimya kursu Qida Məhsulları Mühəndisliyi ixtisasında təhsil alan tələbələrə üzvi maddələr, onların xafrakter xüsusiyyətləri haqqında məlumat verəcək.
Qida Məhsulları Mühəndisliyi ixtisasında təhsil alan tələbələrə qida məhsullarının tərkibinin əsasının təşkil edən üzvi maddələr və onların istehsal prosesində fiziki-kimyəvi çevrilmələri ilə bağlı xüsusi bilikləri mənimsəniləcək.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- əsas qida məhsullarının kimyasını, tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələrini biləcək.
- elementlərin kimyasını, onların qida məhsulları tərkibində rolunu, mühitdə oynadığı rolu və tərkibdə miqdarlarının təyin edilməsini öyrənəcək..
- kimyəvi avadanlıqlarla işləmə, elementləri xassələrinə görə təyin etmə, analiz aparma və fiziki-kimyəvi prosesləri izləməklə təyinat aparmaq bacarığına yiyələnəcək.

Kredit: 3

Fənnin qısa məzmunu:
Analitik Kimya kursu Qida Məhsulları Mühəndisliyi ixtisasında təhsil alan tələbələrə qida məhsullarının tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələri ilə bağlı bilikləri verəcək.
Qida Məhsulları Mühəndisliyi ixtisasında təhsil alan tələbələrə qida məhsullarının tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələri ilə bağlı xüsusi bilikləri mənimsətməkdir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- əsas qida məhsullarının kimyasını, tərkibinin analizi və qida məhsullarının istehsalında lazım olan miqdarı, eləcə də istehsal prosesində fiziki-kimyəvi çevrilmələrini biləcək.
-elementlərin kimyasını, onların qida məhsulları tərkibində rolunu, mühitdə oynadığı rolu və tərkibdə miqdarlarının təyin edilməsini öyrənəcək..
-kimyəvi avadanlıqlarla işləmə, elementləri xassələrinə görə təyin etmə, analiz aparma və fiziki-kimyəvi prosesləri izləməklə təyinat aparmaq bacarığına yiyələnəcək.

Kredit: 5

Fənnin qısa məzmunu:
Fənnin tədrisi tələbələrin istehsalın səmərəliliyinin yüksəldilməsi üsullarının işlənib hazırlanması ilə bağlı nəzəri biliklərə malik olmasına, qida sənayesi müəssisələrinin quruluşu və onu müəyyən edən amilləri fərqləndirməsinə, müxtəlif qida istehsalı texnologiyası fənlərinin mənimsənilməsi zamanı texnoloji avadanlıqların müəssisədə yerləşdirilməsi və müəssisədə istehsalın təşkilinin əsas şərtlərini müəyyənləşdirməsinə düzgün istiqamət verəcəkdir. Bu fənn Qida sənayesi müəssisələrində texnoloji layihələndirmə fənninin mənimsənilməsinə kömək edəcəkdir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- qida sənayesi müəssisələrinin növlərini fərqləndirə və əsas xüsusiyyətlərini müəyyənləşdirə bilir;
- qida sənayesində müasir texnologiyaların yerli qida istehsalı müəssisələrində tətbiqinin əsas üsullarını bilir;
- qida sənayesi müəssisələrində məhsulun keyfiyyətinə nəzarətin təşkili işini həyata keçirə bilir;
- müəssisədaxili nəqliyyat növlərini təsnifatlaşdırmağı və onları səciyyəvi xüsusiyyətlərinə görə fərqləndirməyi bacarır;
- xalq təsərrüfatı sistemində qida sənayesi müəssisələrinin rolunu müəyyən edə bilir;
- müəssisənin ahəngdar və birqərarlı işinin təşkilinin nəzəri biliklərinə yiyələnir.

Kredit: 6

Fənnin qısa məzmunu:
Fənnin tədrisində əsas qida maddələrinin bitki və heyvan mənşəli xammalda, ümumiyyətlə, qida məhsullarında qorunub saxlanması, ilkin və isti emal zamanı dəyişilməsinin elmi əsasları şərh edilir. Kütləvi qidalanma məhsulları istehsalında xüsusi vacibliyini nəzərə alaraq, tələbələrə mövcud və perspektivli qida qatqılarının alınması və texnoloji istifadə qaydalarından və funksional qida məhsulları haqqında məlumat verilir. Fənnin tədrisində müxtəlif əhali qrupu üçün rasional qidalanmanın və pəhriz qidalanmasının təşkilində tətbiq edilən texnologiyaların üsul və qaydalarından, bu sahədə mövcud olan konsepsiyalardan bəhs olunur.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- qida məhsulları texnologiyalarının nəzəri əsaslarını;
- bitki və heyvan mənşəli məhsulların texnoloji xassələrini;
- istehsal texnologiyalarının təşkili, heyvan və bitki mənşəli xammalın saxlanma və ya emalı zamanı əsas tələbləri;
- bitki və heyvan mənşəli xammalın konservləşdirmə prinsiplərini, müxtəlif texnoloji proseslər zamanı xammalda baş verən fiziki-kimyəvi, biokimyəvi və mikrobioloji prosesləri idarə etməyi;
- ilkin və istilik emalının hazır məhsulların qidalılıq dəyərinə və keyfiyyətinə təsirini bilməlidir.
1.İnformasiya texnologiyaları (ixtisas üzrə)

2.İnformasiyanın idarə edilməsi

3.Sahibkarlığın əsasları və biznesə giriş

4.Politologiya

Kredit: 5

Fənnin qısa məzmunu:
Fənnin tədrisində tələbələrə gen mühəndisliyi üsullarının köməyi ilə müəyyən xassələrə malik bakteriya ştamlarından qida, əczaçılıq, kimya, neft-qaz, metallurgiya sənayesində istifadəsi, biotexnologiyanın inkişafı və nailiyyətləri nəticəsində qida sənayesində bioloji proseslərin tətbiqi, asan əldə edilən resurslar hesabına insan üçün vacib maddə və birləşmələrin alınması imkanları haqqında məlumat verilir. Fənnin tədrisinin aktuallığı onunla əlaqədardır ki, hazırda fermentlərin təsir mexanizmi haqqında yeni nəzəri məlumat əldə ediımiş, qida sənayesinin texnoloji proseslərində onların tətbiqi genişlənmişdir. Tədris proqramında qida biotexnologiyasının praktik aspektlərinə xüsusi yer ayrılir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- biotexnologiya və qida sənayesi sahəsində yeni nailiyyətləri;
- insan üçün faydalı məhsulların alınmasında əsas biotexnoloji üsulları;
- qida sənayesində istifadə edilən ənənəvi biotexnoloji prosesləri;
- qida biotexnologiyası, genetik və hüceyrə mühəndisliyi, enzimologiya sahəsində əsas anlayışları;
- ekoloji təhlükəsizlik və effektivlik baxımından prosesin gələcəyini qiymətləndirmək üsullarını bilməlidir.

Kredit: 5

Fənnin qısa məzmunu:
Bu fənnin tədrisi zamanı tələbələr aşağı müsbət və mənfi temperaturların toxuma və hüceyrələrə təsiri, soyuducu agent və soyuducu mühitlər, soyuq daşıyıcıları, ət, balıq, süd və meyvə-tərəvəz məhsullarının soyudulması, dondurulması və dondurulmuş halda məhsulların saxlanması zamanı onlarda baş verən dəyişikliklər, soyudulmuş və ya dondurulmuş qida məhsullarının düzgün daşınması haqqında ətraflı məlumatlar əldə edəcəklər. Fənnin tədrisi prosesində əldə edilmiş nəzəri biliklər tələbələrə qida məhsullarının soyuqla emalı, uzun müddət xarab olmadan saxlanması üçün tədbirləri həyata keçirməyə kömək edəcəkdir. Bu fənn sonrakı ixtisas fənlərində qida məhsullarının soyuqla işlənməsi mərhələləri ilə bağlı ilkin nəzəri biliklərin əldə edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- soyuqla konservləşdirmə üsullarını bilir;
- qırılmayan soyuduculuq zəncirinin mahiyyətini və onun qurulmasını tətbiq edə bilir;
- soyuducu agentlərin və soyuq daşıyıcılarının səciyyəvi cəhətlərini müəyyən etməyi bacarır;
- soyudulmuş və dondurulmuş məhsulların donunun açılması zamanı onlarda baş verən dəyişiklikləri öncədən müəyyən edə bilir;
- müxtəlif qida məhsullarının soyudulması və dondurulması qaydalarını praktik olaraq tətbiq edə bilir;
- laboratoriyada iş zamanı təhlükəsizlik texnikası qaydalarına riayət etməyi bacarır;
- soyudulmuş qida məhsullarının keyfiyyətini təyin etməyi bacarır;
- konservləşdirmə üsullarını istehal prosesində tətbiq etməyi bacarır;
- məhsulların dondurulması zamanı onlarda baş verən dəyişiklikləri müşahidə edib, qiymətləndirməyi bilir;

Kredit: 5

Fənnin qısa məzmunu:
Bu fənnin tədrisində qida sənayesində geniş tətbiq olunan unlu və şəkərli qənnadı məmulatları istehsalında müxtəlif xammallardan- şəkər, patka, meyvə və giləmeyvə püreləri, un, süd və süd məhsulları, yağ, qərzəkli meyvə ləpələri, kakao paxlası, bal , yumurta və s. istifadə olunur. Məmulatın dadını yaxşılaşdırmaq üçün yeyinti turşularından, ətirləndirilməsi məqsədilə ətirli maddələrdən görnüşünün yaxşılaşdırılmasında boya maddələrindən istifadə olunur. İstifadəsi nəzərdə tutulan bütün xammallar keyfiyyətcə standartların tələblərini ödəməlidir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
Bu kursda təhsil alan tələbələr müasir qənnadı məmulatlarının istehsal texnologiyasının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, müasir tədqiqat üsullarını, texnoloji metodları, qida qatqıları, keyfiyyətin normalaşdırılması, məhsulun standartlaşdırılması, t təhlükəsiz məhsul istehsalını, klassik və modersn qida nəzəriyyələrini, xammal və qida məhsullarının xarabolma səbəbləri və onların aradan qaldırılması üçün tələblər öyrəniləcəkdir. ə bilir.

Kredit: 4

Fənnin qısa məzmunu:
Bu fənn tələbələrin çörək-makaron məmulatlarının istehsalında istifadə olunan əsas və əlavə xammallar, onların qəbulu, saxlanması və istehsala hazırlanması, miqdar nisbəti, texnoloji proseslərin ardıcıllığı, keyfiyyətin yüksəldilməsi və qiymətləndirilməsi, çeşid müxtəlifliyi, hazır məhsulların saxlanması, qablaşdırılması, daşınması barədə geniş nəzəri biliklər əldə etmələrinə kömək edir. Bu fənnin tədrisi tələbələrə əldə etdikləri nəzəri biliklər əsasında çörək və makaron məmulatlarının orqanoleptik keyfiyyət göstəricilərini qiymətləndirməyi təcrübi olaraq həyata keçirməyə yardım edir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- çörək istehsalında istifadə edilən əsas və əlavə xammalların düzgün seçilməsi və dozalaşdırılmasını bilir;
- çörək istehsalı müəssisələrində əsas və əlavə xammalların qəbulu və saxlanma üsullarını bilir;
- balatılı və balatısız xəmir yoğurma üsullarını tətbiq etməyi bilir;
- xəmirin qıcqırdılması üçün optimal müddət və temperaturu qıcqırma prosesində tənzimləyə bilir;
- çörəyin düzgün bişirilmə rejimlərini təyin edə bilir;
- çörəyin saxlanması və ticarət şəbəkəsinə göndərilməsinin əsas şərtlərini bilir;
- makaron məmulatlarının istehsalında istifadə edilən əsas və əlavə xammalların düzgün seçilməsi, qəbulu və saxlanmasını bacarır;
- makaron məmulatlarının müxtəlif çeşidlərinin istehsal texnologiyasını bilir;
- makaron məmulatlarının bişirilmə rejimlərini bilir;
- makaron məmulatlarının keyfiyyət ekspertizasını apara bilir.

Kredit: 5

Fənnin qısa məzmunu:
Əhalinin ərzaq məhsulları ilə təminatında müasir elm, texnika və texnologiyanın tətbiqi ilə ekoloji cəhətdən keyfiyyətli meyvə-tərəvəz konserv məhsulları istehsal etməkdir. Meyvə-tərəvəz məhsullarından emal olunmuş konservləşdirmənin texnoloji aspekti soyudulma, dondurulma, donur açılması, emalın fasiləsizliyi, qida məhsullarının daşınması və saxlanması zamanı temperatur-rütubət rejimlərinin elmi cəhətdən əsaslandırılmış metodlarının öyrənilməsi olduqca vacib hesab edilir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
“Meyvə -tərəvəz konservlərinin istehsal texnologiyası” fənni üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini, onların xüsusiyyətlərini təhlil etməyi, konserv emalı zamanı qida əlavələrinin lazımi miqdarda istifadəsini, istehsal prosesini, texnolojiprosesləri həyata keçirən maşın və qurğuların, mexanizmlərin, cihazların və avadanlıqların quruluşunu, iş prinsiplərini, eyni zamanda müxtəlif növ məhsulların emal mərhələlərini və s. öyrənəcəklər.

Kredit: 5

Fənnin qısa məzmunu:
Bu fənnin tədrisi zamanı tələbələr balıq və qeyri-balıq xammalları, balığın ovlanmasından başlayaraq ondan müxtəlif balıq məhsullarının hazırlanması proseslərini, xammal və hazır məhsulun orqanoleptik və fiziki-kimyəvi təyini üsullarına yiyələnir.

Fənn üzrə təlim nəticələri
Bu fənni bitirən tələbə:
- balıqların əsas xüsusiyyətlərinə görə onları fəsilələr üzrə təsnifatlaşdıra bilir;
- balığın kimyəvi tərkibi haqqında məlumatlara malik olur;
- balıqların emal üsullarını bilir;
- balıq sənayesinin ikinci dərəcəli xammal ehtiyatlarından səmərəli istifadə etməyi bilir;
- balıq məhsullarının keyfiyyət ekspertizasının aparılma qaydasını bilir;
- ekspertiza üçün balıq məhsullarından orta nümunənin götürülməsini bacarır;
- balıq və balıq məhsullarının orqanoleptik göstəricilərini təyin edə bilir;
- balıq xammalının tullantısız texnologiya tətbiq edilməklə kompleks emalını həyata keçirə bilir.