Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biri universitetə əcnəbi tələbələrin qəbuludur.

1.1.  Bu əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil almaları prosesinin təşkili  qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 125 nömrəli 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nı rəhbər tutaraq, Azərbaycan Turizm və Menecment Universitetində (bundan sonra, ATMU) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra, əcnəbilər)  bakalavr və magistratura səviyyəsi üzrə təhsil  almaları işində vahid qaydanın yaradılması və kompleks məsələlərin həlli məqsədi ilə qəbul edilir.

1.2.  AR NK-nın 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarının 1.2. bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

1.3.  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu səbəbdən həmin şəxslər digər Azərbaycan Respublikası vətəndaşları kimi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etmək yolu ilə ali təhsil müəssisələrinə qəbul oluna bilərlər.

1.4.  Nazirlər Kabinetinin 125 nömrəli 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən əcnəbilərin qəbulu prosesində Ali Təhsil Müəssisələrinə  (bundan sonra, ATM) muxtariyyət verilmişdir. Odur ki, dövlət hesabına (təhsil qrantı proqramları və hökumətlərarası sazişlər çərçivəsində) təhsil istisna olmaqla, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin müddəaları əsas götürülməklə, əcnəbi tələbələrin ATM-ə qəbul olunmasına dair qərar verilməsində Nazirliyin əlavə rəyinin alınması tələb olunmur.

#

İxtisasın şifri

İxtisas/İxtisaslaşmanın adı

Tədris növü

Tədris dili

İllik təhsil haqqı (əcnəbi tələbələr üçün)

01

050201

Beynəlxalq münasibətlər

Əyani

Azərbaycan dili

2000 AZN

02

050215

Tərcümə (dillər üzrə)

Əyani

Azərbaycan dili

2400 AZN

03

050310

Muzey, arxiv işi və abidələrin qorunması

Əyani

Azərbaycan dili

2000 AZN

04

050404

Dövlət və bələdiyyə idarəetməsi

Əyani

Azərbaycan dili

2200 AZN

05

050406

Maliyyə

Əyani

Azərbaycan dili

2200 AZN

06

050407

Marketinq

Əyani

Azərbaycan dili

2200 AZN

07

050408

Menecment

Əyani

Azərbaycan dili

2200 AZN

08

050635

Qida mühəndisliyi

Əyani

Azərbaycan dili

2000 AZN

09

050807

Sosial iş

Əyani

Azərbaycan dili

2000 AZN

10

050809

Turizm bələdçiliyi

Əyani

Azərbaycan dili

2400 AZN

11

050810

Turizm işinin təşkili

Əyani

Azərbaycan dili

2500 AZN

12

050810

Turizm işinin təşkili

Əyani

İngilis dili

2500 AZN

13

050810

Turizm işinin təşkili

Əyani

Rus dili

2500 AZN

#

İxtisasın şifri

İxtisas/İxtisaslaşmanın adı

Tədris növü

Tədris dili

İllik təhsil haqqı (əcnəbi tələbələr üçün)

01

060213

Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi

Əyani

Azərbaycan dili

2000 AZN

02

060403

Maliyyə menecmenti

əyani

Azərbaycan dili

2000 AZN

03

060403

Maliyyə nəzarəti və audit

əyani

Azərbaycan dili

2000 AZN

04

060301

Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi

Əyani

Azərbaycan dili

2100 AZN

05

060301

Muzeyşünaslıq

Əyani

Azərbaycan dili

2100 AZN

 

060301

Muzeyşünaslıq

Əyani

İngilis dili

2100 AZN

06

060404

Turizmin iqtisadiyyatı

Əyani

Azərbaycan dili

2000 AZN

07

060407

Menecment (sahələr üzrə)

Əyani

Azərbaycan dili

2000 AZN

08

060803

Turizm işi

Əyani

Azərbaycan dili

2100 AZN

 

060803

Turizm işi

Əyani

İngilis dili

2100 AZN

09

060803

Otelçilik

Əyani

Azərbaycan dili

2100 AZN

10

060803

Beynəlxalq turizm və ölkəşünaslıq

Əyani

Azərbaycan dili

2100 AZN

 

060803

Beynəlxalq turizm və ölkəşünaslıq

Əyani

İngilis dili

2100 AZN

11

060805

Əhalinin sosial müdafiəsi

Əyani

Azərbaycan dili

2000 AZN

12

060805

Əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması

Əyani

Azərbaycan dili

2000 AZN

13

060642

Qida təhlükəsizliyi

Əyani

Azərbaycan dili

2000 AZN

14

060409

MBA: Biznesin təşkili və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi üzrə)

Əyani

Azərbaycan dili

2000 AZN

15

060409

MBA: Biznesin təşkili və idarə edilməsi (bank və sığortanın idarə edilməsi üzrə )

Əyani

Azərbaycan dili

2000 AZN

16

060409

MBA: Biznesin təşkili və idarə edilməsi (sosial işin texnologiyası üzrə)

Əyani

Azərbaycan dili

2000 AZN

17

060409

MBA: Biznesin təşkili və idarə edilməsi (ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi üzrə )

Əyani

Azərbaycan dili

2000 AZN

Əcnəbi vətəndaşların Azərbaycan Turizm və Menecment Universitetinə qəbul prosesi https://portal.edu.az/ vebsaytı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. 

 

Əcnəbi tələbələrin qəbulu ilə əlaqədar sənədlər:

 

Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:

1. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

2. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

3. etibarlı sərhədkeçmə sənədi;

4. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

 

Qeydiyyat üçün video link: https://www.youtube.com/watch?v=4Cmf5oLCZMY

Magistr, doktorant səviyyəsinə qəbul olunmaq üçün xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vacibdir. Bunun üçün www.tkta.edu.az saytına müraciət edilməlidir.

Tələb olunan sənədlər azərbaycan dilinə tərcümə olunmalı, notarius tərəfindən təsdiq edilməli və apostil olunmalıdır.

 

Təhsil hüququ qazanan əcnəbi tələbənin Azərbaycan Respublikasında olduğu müddətdə miqrasiya qanunvericiliyinə əsasən müvəqqəti yaşaması üçün lazım olan normativ sənədlər haqqında aşağıda göstərilən linkdən daxil olaraq baxa bilərsiniz.

 

https://www.migration.gov.az/az/page/73

https://www.migration.gov.az/ru/page/73

https://www.migration.gov.az/en/page/73

 

Ətraflı məlumat üçün əlaqə vasitələri:

 

Tel:  +994 12 5644233 (daxili nömrə 122)

 

Email ünvanı: international@atmu.edu.az

 

Müntəzəm Verilən Suallar (MVS/FAQ)
Nazirlər Kabinetinin 125 nömrəli 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir. Qaydaların 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.
Əcnəbilərin ATMU-ya qəbulu portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) vasitəsilə həyata keçirilir. Video-təlimat:
- əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
- sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
- etibarlı sərhədkeçmə sənədi;
- tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
Öncəki təhsil sənədinin müvafiq qaydada leqallaşdırılması tələb olunur. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə əsasən xarici təhsil sənədlərinə həmin sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” şəhadətnaməsi əlavə olunmalıdır. Kovensiyaya qoşulmayan xarici ölkələrdə alınan ali təhsil sənədləri, sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.
Müraciət edən əcnəbi tələbələrin hər hansı bir imtahan verməsi tələb edilmir, müraciət etmiş hər bir əcnəbi tələbə ilə müsahibə təşkil olunur.
Milliyəti Azərbaycanlı olan Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyənləşdirilən bütün şəxslər və əcnəbi vətəndaşın Azərbaycan Respublikasında Müvəqqəti Yaşama İcazəsi Vəsiqəsi (MYİ) və ya Daimi Yaşama İcazəsi Vəsiqəsi (DYİ) olduğu halda Dövlət İmtahan Mərkəzi (DİM) imtahanında iştirak edə bilər.
Şəxsin ATMU-ya əcnəbi vətəndaş kimi qəbulu onun milliyyəti və məktəbi harda bitirməsindən asılı olaraq deyil, vətəndaşlığına əsasən müəyyənləşdirilir. Şəxsin ikili vətəndaşlığı və ya AR vətəndaşlığına mənsubiyyəti yoxdursa, əcnəbi kimi ali təhsil müəssisəsinə qəbul oluna bilər. Eyni zamanda DİM imtahanlarında iştirak etmək istəyən əcnəbi vətəndaşlardan Müvəqqəti Yaşama İcazəsi (MYİ) vəsiqəsi və ya Daimi Yaşama İcazəsi Vəsiqəsi (DYİ) tələb edilir. DYİ vəsiqəsi ilə DİM imtahanında iştirak edən müraciətçi əcnəbi vətəndaş kimi qəbul edilə bilməz. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
AR NK-nın 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarın 1.2. bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Şəxslər digər Azərbaycan Respublikası vətəndaşları kimi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etmək yolu ilə ali təhsil müəssisələrinə qəbul oluna bilərlər.
Dil biliyinin təsdiq edən sənədlərin olması arzu ediləndir. Əcnəbi tələbələr tərəfindən seçilən ixtisasın tədris dilinə uyğun olaraq məqbul və yaxud elmi səviyyədə olmalıdır. Dil sertifikatı olmadığı təqdirdə müsahibə zamanı dil bilikləri yoxlanılır.
Əcnəbilərin müraciətlərinin nəticələri haqqında məlumatlar əcnəbinin şəxsi kabinetinin status bölməsində əks olunur. Təhsil almaq hüququ qazanan, sənədlərində əskiklik olan və ya ehtiyac duyulan, qəbul edilməyən, təhsil haqqı ödənişi və. s. kimi məlumatlar əcnəbinin şəxsi kabinetinə göndərilir.
Texniki məsələlər yarandığı təqdirdə suallar siacas.support@tsii.edu.az elektron poçt ünvanına ünvanlanıla bilər.
Proses ilə bağlı suallar yarandığı təqdirdə international@atmu.edu.az elektron poçt ünvanına müraciət edilə bilər.
Miqrasiya Məcələsinin 27.1-ci maddəsinə uyğun olaraq elm və ya təhsil vizası bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Hal-hazırda əcnəbi vətəndaşların hazırlıq kurslarına qəbulu yoxdur
Nazirlər Kabinietinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Tələbələrin dil və ixtisas bilikləri səviyyəsi qənaətbəxş hesab edilmədiyi təqdirdə onların hazırlıq kurslarında təkrar təhsil alması məsələsinə ali təhsil müəssisəsi tərəfindən baxıla bilər.
Təhsil sənədlərinin nostrifikasiyası deyildikdə, ilk növbədə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) nəzərdə tutulur. Xarici dövlətdə əldə olunmuş təhsil sənədlərinin nostrifikasiyası prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN (1 təhsil səviyyəsi üzrə) xidmət haqqı nəzərdə tutulmuşdur.
Nostrifikasiyaya müraciət etmək üçün keçid:
Nostrifikasiya üçün tələb olunan sənədləri və digər qaydaları əks etdirən təlimata keçid:
Tanınma - xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı Qərarı ilə 10 təsdiq olunmuş Qaydalar əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
ATMU-da əcnəbi vətəndaşlar üçün ayrılmış təqaüd proqramı yoxdur.
Əcnəbi tələbələr Azərbaycan Respublikası tərəfindən həyata keçirilən İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alması üçün təşkil edilən təhsil qrantları çərçivəsində mümkün olan imkanlardan istifadə edə bilərlər.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına/apostil şəhadətnaməsi əlavə edilməsinə zərurət yoxdur.
Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.
Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçılarının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda ölkələrinə gediş) Azərbaycan Respublikasına gəliş-gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir.
Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçılarının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda ölkələrinə gediş) Azərbaycan Respublikasına gəliş-gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir. "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği", həmçinin "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği"nin Əlavəsinin Qeydinə əsasən Proqram iştirakçılarının beynəlxalq nəqliyyat xərcləri faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
Ümumilikdə avia biletin sərfəli olması üçün gəliş və gediş olaraq alınması tövsiyə edilir. Qayıdışı tarixini müəyyən etməkdə çətinlik yaranarsa, bileti birtərəfli, gəliş məqsədli almağınız, getdiyi tarixdə isə gedişi üçün almağınız tövsiyə olunur.
Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına Qaydalar ilə müəyyən olunmuş məbləğdə həmin ali təhsil müəssisəsi vasitəsilə həyata keçirilir. Bu xüsusda, tələbələrin avia biletlərinin alınması ilk növbədə ali təhsil müəssisəsi tərəfindən təşkil edilməlidir, digər hallarda avia biletin tələbə tərəfindən alınmasına baxıla bilər.
Proqram iştirakçılarının akademik göstəricilərinə dair hesabatında əks olunan fənlər üzrə göstəriciləri 51 baldan aşağı olduğu təqdirdə, bu akademik müvəffəqiyyətsizlik hesab edilir və bu hal aradan qaldırılana qədər növbəti semestrlər üçün proqram iştirakçılarının xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Bu zaman bütün xərclər proqram iştirakçısı, yaxud hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilir.
Xeyr, bütün xərclər proqram iştirakçısı, yaxud hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilə bilər. Müvəffəqiyyətsizlik zamanı xərclərin yuxarıda qeyd olunan şəxslər tərəfindən qarşılanması mümkün olmadığı təqdirdə, qrant iştirakçısının təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən Nazirliyə məlumat daxil olmalıdır. Bu halda, şəxsin qrant proqramından xaric olunması həyata keçirilir.
Proqram iştirakçılarının təhsil müddətinin üzrlü (xəstəlik, ailə vəziyyəti və s.) və ya onlardan asılı olmayan səbəblərə görə uzatması mümkündür. Bu halda proqram iştirakçılarının və ya ali təhsil müəssisəsinin müraciəti əsasında yalnız 1 (bir) əlavə semestr üzrə xərclərin ödənişi həyata keçirilə bilər.
Bəli, mümkündür. Bununla bağlı proqram iştirakçısının cari tədris ilində təhsil aldığı və köçürülməyə razılıq verən təhsil müəssisəsi tərəfindən təsdiqedici sənədlər əsasında müraciəti Nazirliyə daxil olmalıdır. Müraciətlərə Nazirlikdə baxılır və məqsədəuyğun olduğu təqdirdə Nazirliyin müvafiq əmri ilə köçürülmə həyata keçirilə bilər.
Xeyr. Aylıq təqaüd xərcləri proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüd xərcləri hər tədris ili ən çoxu 10 (on) ay olmaqla ödənilir.
İstisna hal kimi, proqram iştirakçıları tədris ilinin sonunda fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində öz ölkələrinə gedə bilmədikdə və onların hər hansı maliyyə mənbəyi olmadıqda, bu zaman sözügedən fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri aradan qalxana və proqram iştirakçıları öz ölkələrinə gedənə qədər müvafiq ali təhsil müəssisəsinin vəsatəti əsasında onlara tam aylıq təqaüd ödənilir.
Aylıq təqaüd xərcləri proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir
Xeyr. Aylıq təqaüd şəxsin Azərbaycan Respublikasına daxil olduğu tarixdən etibarən hesablanılacaq.
Proqram iştirakçısının aylıq təqaüdləri ali təhsil müəssisəsi tərəfindən hər ay onun yerli bankdakı milli valyuta hesabına köçürülür. Proqram iştirakçılarının xərclərinin maliyyələşdirilməsi il ərzində müvafiq ali təhsil müəssisələrinin sifarişləri əsasında vəsaitin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisələrinə köçürülməsi yolu ilə həyata keçirilir. Bununla da aylıq təqaüdlərin vaxtında proqram iştirakçısının hesabına köçürülməsi ali təhsil müəssisəsi tərəfindən diqqətdə saxlanılmalıdır.
Təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlığı kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlığı kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat xərcləri də aiddir. Doktorantura səviyyəsi üçün illik maksimum məbləğ 4000 AZN təyin olunmuşdur.
Xeyr, Qaydalarda nəzərdə tutulmamışdır. Proqram iştirakçısı öz istəyi ilə ölkəsinə qayıtmaq istəmədiyi halda yay ayları ərzində ona aylıq təqaüd verilməsi də nəzərdə tutulmamışdır.
Miqrasiya Məcəlləsinin 50-ci Maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə əldə edə bilmir (müddəti uzadılmır). Bu halda əcnəbi tələbə proqramdan kənarlaşdırılır.
Tibbi yardım xərclərinə illik 200 AZN məbləğə uyğun Azərbaycan Respublikasında təhsil aldığı müddətdə proqram iştirakçısına göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir. Proqram iştirakçılarının tibbi yardımla bağlı xərcləri Azərbaycan Respublikasında təhsil aldıqları müddətdə proqram iştirakçılarını müqavilə əsasında müəyyən olunmuş qaydada tibbi xidmətlə təmin edən sığortaçı tərəfindən təqdim olunan, eləcə də digər təsdiqedici sənədlər əsasında ödənilir. Sığorta şirkəti ilə bağlanılan müqavilənin şərtlərinin nəzərdən keçirilməsi tövsiyə olunur.
TQP və HTP çərçivəsində təhsil alan əcnəbi tələbələr üçün aşağıdakı şərtlər əsasında xarici ölkələrdə mübadilə proqramlarında iştirak məqsədəuyğun hesab olunur: - Mübadilə proqramında iştiraka görə yarana biləcək xərclər tələbənin şəxsi hesabına qarşılanarsa; - Mübadilə proqramının müddəti bir semestrdən artıq olmazsa; - Tələbənin mübadilə proqramında iştirakı müddətində təhsilinin maliyyələşdirilməsi dövlət tərəfindən müvəqqəti dayandırılarsa. Mübadilədə iştirak edəcək TQP və HTP namizədlərinə dair Elm və Təhsil Nazirliyini qabaqcadan işçi qaydada məlumatlandırılması lazımdır. Eyni zamanda, bununla bağlı Nazirliyin 02-12-775/15 nömrəli 13.08.2021-ci il tarixli sirkulyar məktubu ali təhsil müəssisələrinə göndərilmişdir.
Xeyr. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Sözügedən rüsum təqaüd iştirakçıları tərəfindən qarşılanır.