Hörmətli ATMU tələbə və məzunları,
Nəzərinizə tərəfdaşı olduğumuz Creative Spark proqramı daxilində SABAH.lab ilə birgə keçirəcəyimiz tədbirin elanını çatdırırıq. Əgər siz sosial və innovativ sahibkarlıq ilə məşğul olmaq istəyirsinizsə və ya start-up ideyanız varsa, o zaman tədbirimizdə iştirak edə və başlamaq üçün fikirlər əldə edə bilərsiniz.
Təqdimatçı SABAH.lab-ın Baş əməliyyat direktoru (COO) və PUSH30 startapının CEO-su Adil Qasımov olacaqdır. O, University of Londonda həm bakalavr, həm də magistr dərəcəsini almışdır. Hal-hazırda SABAH.lab-da mövcud komandalara öz ideyalarını təqdim etmək və investisiya cəlbi məsələlərində töhfə verir.
Təqdimat dili: İngilis dili
Xatırladaq ki, Creative Spark daxilində tələbə və məzunlar üçün keçirilən Big Idea Challenge müsabiqəsinə ərizələr qəbul edilir. Şərtlər çox sadədir. Ətraflı məlumat üçün sayta daxil ola bilərsiniz https://atmu.edu.az/az/web/post/464 .Həmçinin tədbirin əvvəlində Creative Spark Big Idea Challenge müsabiqəsi haqqında ətraflı məlumat veriləcək.
Azərbaycanca