SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.04.2022
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 585
“Start-up çətin biznes ola bilər, uğur əldə etmək üçün işarələri izlə” adlı təlim keçirildi

07 aprel 2022-ci il tarixində ATMU-da tərəfdaşı olduğumuz Creative Spark proqramı daxilində SABAH.lab ilə birgə “Start-up çətin biznes ola bilər, uğur əldə etmək üçün işarələri izlə” adlı təlimi Adil Qasımov həyata keçirmişdir. Təqdimat zamanı sosial və innovativ sahibkarlıq ilə məşğul olmaq, sahibkarlığa başlamağın çətinlikləri və üstünlükləri, “start-upçının yolu” və SABAH.lab təşəbbüsü haqqında məlumat verilmişdir.

Təqdimatın sonunda Creative Spark proqramının “Böyük İdeya Çağırışı (“Big Idea Challenge”) müsabiqəsi haqqında məlumat verilmiş, müsabiqənin şərtləri və potensialı ilə tələbələr tanış olmuşlar.

Təqdimatın dili ingilis dili olmuşdur.

Xatırladaq ki, Adil Qasımov SABAH.lab-ın Baş əməliyyat direktoru (COO) və PUSH30 startapının CEO-sudur. O, University of Londonda həm bakalavr, həm də magistr dərəcəsini almışdır. Hal-hazırda SABAH.lab-da mövcud komandalara öz ideyalarını təqdim etmək və investisiya cəlbi məsələlərində töhfə verir.

Creative Spark daxilində tələbə və məzunlar üçün keçirilən Big Idea Challenge müsabiqəsinə ərizələr qəbul edilir. Ətraflı məlumat üçün sayta daxil ola bilərsiniz https://atmu.edu.az/az/web/post/464 .