19.04.2022
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 708
Creative Spark proqramı çərçivəsində tədbir

Hörmətli ATMU tələbə və məzunları,

Nəzərinizə tərəfdaşı olduğumuz Creative Spark proqramı daxilində keçirəcəyimiz tədbirin elanını çatdırırıq. Əgər siz sosial və innovativ sahibkarlıq ilə məşğul olmaq istəyirsinizsə və ya start-up ideyanız  varsa, o zaman tədbirimizdə iştirak edə və başlamaq üçün fikirlər əldə edə bilərsiniz.

Təqdimatçı Təravət Əsgərova, “HerGuide” stratupı ilə Creative Spark müsabiqəsinin qaliblərindən biridir. O, "Kreşendo" layihəsində fərdi inkişaf mentoru kimi fəaliyyət göstərir. "Menstrual Dönəm" sosial maarifləndirmə layihəsinin və "HerGuide" startapın da rəhbəridir.

Təravət Əsgərova Xəzər Universitetində Kimya və Biologiya müəllimliyi üzrə sonuncu kursda oxuyur.

Təqdimat dili: Azərbaycan dili

Xatırladaq ki, Creative Spark daxilində tələbə və məzunlar üçün keçirilən Big Idea Challenge müsabiqəsinə ərizələr qəbul edilir, son tarix 30 aprelə qədər uzadıldı.

Ətraflı məlumat üçün sayta  daxil ola bilərsiniz https://atmu.edu.az/az/web/post/464

Həmçinin tədbirin əvvəlində Creative Spark Big Idea Challenge müsabiqəsi haqqında ətraflı məlumat veriləcək.