SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
 Creative Spark proqramı çərçivəsində Təravət Əsgərova “İdeyanı reallığa çevirmənin ilk addımları” adlı təqdimat
21.04.2022
BƏŞ
Bölmə: Xəbərlər
Baxış sayı: 577
Creative Spark proqramı çərçivəsində Təravət Əsgərova “İdeyanı reallığa çevirmənin ilk addımları” adlı təqdimat

20 aprel 2022-ci il tarixində ATMU-da tərəfdaşı olduğumuz Creative Spark proqramı çərçivəsində Təravət Əsgərova “İdeyanı reallığa çevirmənin ilk addımları” adlı təqdimat aparmışdır. Təqdimat zamanı Təravət Əsgərova şəxsi biznesə başlamağın mərhələləri, mövcud layihə və çağırışlar və ən əsası özünün sosial biznesini inkişaf etdirməyin çətinlikləri və gətirdiyi imkanlar haqqında məlumat vermişdir.

O, “HerGuide” stratupı ilə Creative Spark müsabiqəsinin ölkə çempionudur. O, həmçinin, "Kreşendo" layihəsində fərdi inkişaf mentoru kimi fəaliyyət göstərir. "Menstrual Dönəm" sosial maarifləndirmə layihəsinin və "HerGuide" startapın da rəhbəridir.

Təravət Əsgərova Xəzər Universitetində Kimya və Biologiya müəllimliyi üzrə sonuncu kursda oxuyur.

Təqdimat dili Azərbaycan dili olmuşdur.

Xatırladaq ki, Creative Spark daxilində tələbə və məzunlar üçün keçirilən Big Idea Challenge müsabiqəsinə ərizələr qəbul edilir. Ətraflı məlumat üçün sayta daxil ola bilərsiniz https://atmu.edu.az/az/web/post/464

Layihə ilə bağlı sualınız olarsa colab@atmu.edu.az emailinə yaza bilərsiniz.