21.07.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 527
AATP Proqramı çərçivəsində professor-müəllim heyətinin işə qəbulu

Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə 17 ilə yaxındır ki, birgə bakalavriatura səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına müxtəlif fənlərin ingilis dilində tədrisi ilə əlaqədar professor-müəllim heyəti üçün vakansiya elan edir.

Əsas tələblər:

· Magistr dərəcəsi olmalı (Ph.D dərəcəsi arzu olunandır)

· İngilis dilində səlis yazı və danışıq qabiliyyətlərinə malik olmaq

· Müvafiq fənn üzrə yüksək bilik səviyyəsinə malik olmaq

· Pedaqoji təcrübə, innovativ tədris və təlim metodlarından istifadə bacarığı

Fənlərin siyahısı:

· Rhetoric and Presentation (2023, payız)

· Group Dynamics (2023, payız)

· Marketing I (2023, payız)

· Tourist Behavior and Psychology (2023, payız)

· E-Tourism (2023, payız)

· Principals of Private and Public Law (2024,yaz)

· Finance and Investment (2024, payız)

· Economics in Tourism and Leisure (2024, payız)

· International and Tourism Law (2024, payız)

· Human Resource Management (2024, payız)

· Culture, Heritage, and Tourism (2024, payız)

· Negotiation and Sales Skills Training (2024, payız)

· Controlling (2025, yaz)

Maraqlanan namizədlərdən ingilis dilində CV-lərini mövzu hissəsində AATP proqramı üzrə müəllim və fənnin adını qeyd edərək international@atmu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 10.08.2023

Proqram haqqında ətraflı məlumat: https://atmu.edu.az/az/ikili-diplom-proqrami