Azərbaycan Respublikasında turizm sahəsi üzrə keyfiyyətli kadr hazırlığını həyata keçirən ən böyük fakültəsi olan Turizm və qonaqpərvərlik fakültəsi 2006-ci ildə yaradılmış və bu illər ərzində turizm sənayesinin inkişaf etdirilməsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdədir.
Fakültədə tədris Azərbaycan, ingilis və rus dillərində əyani formada təşkil olunmaqla, ali təhsilin bakalavriatura, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir. Tədris əyani şəkildə bakalavriatura pilləsində Turizm bələdçiliyi, Turizm işinin təşkili və Tərcümə ixtisasları, həmçinin magistratura pilləsində isə Turizm işi, Beynəlxalq turizm və ölkəşünaslıq, Turizm bələdçisi və Otelçilik ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Öz sahəsinin mütəxəssisi olan peşəkar professor-müəllim heyəti tərəfindən fakültədə tədrisin keyfiyyəti təmin edilir. Qeyd etmək lazımdır ki, TQF-nin professor-müəllim heyətinin 80%-dən çoxunu elmi dərəcə və adları olan mütəxəssislər təşkil edir.
Fakültədə elmi-tədqiqat, ictimai, mədəni-kütləvi və idman tədbirlərinin geniş spektri keçirilir. Bu təcrübə tələbələrin müxtəlif fəaliyyət növlərində faydalı biliklər qazanmasına və özünü təsdiqə kömək edir. Bakalavriatda bütün ixtisaslar üzrə proqram turizmin müasir idarəetmə nəslinin hazırlanmasına yönəlib. Turizm və qonaqpərvərlik fakültəsinin məzunları turizm sənayesi ilə yanaşı iqtisadiyyatın bütün sahələrində kiçik və orta biznes müəssisələrində, hökumət strukturlarında, regional idarələrdə, sənaye müəssisələrində, idarəetmə strukturlarında müxtəlif vəzifələr tuturlar.
Fakültənin təhsil prosesi turizm işinin əsas texnologiyalarını və prinsiplərini başa düşən və eyni zamanda fasiləsiz olaraq özünü inkişaf etdirməyə qadir olan innovativ təfəkkürü ilə unikal turizm mütəxəssisi hazırlamağa yönəlib. İxtisaslar üzrə bakalavrlar turizmin əsas parametrlərini araşdırmağa, texnologiyaların kommersiyalaşdırılması üzrə biznes modellərini hazırlamağa, turizm sahibkarlığı sahəsində praktiki təcrübə əldə etməyə hazırlaşırlar.
Tədris prosesi zamanı tələbələr ixtisas yönümlü, sistem təfəkkürü və layihə idarəçiliyi sahəsində, eyni zamanda turizm sahibkarlığı sahəsində hazırlıqla bağlı biliklər əldə edirlər.
Fakültənin peşəkar fəaliyyət sahəsi innovasiyaların əsas parametrlərini optimal araşdırmağa imkan verən turizm müəssisəsinin infrastrukturunun yaradılması, ideyanın kommersiyalaşdırılması modelinin işlənib hazırlanması, yerli və beynəlxalq bazarlara turizm məhsul və xidmətlərinin servisini nəzərdə tutur.
Tədris prosesinin bir hissəsi olan təcrübə prosesi fakültədə təhsil alan tələbələr üçün geniş təcrübi biliklər əldə etməyə imkan verir. Belə ki, tələbələr 22 həftə müddətində Azərbaycanın aparıcı turizm müəssisələrində və ATMU-nun əməkdaşlıq etdiyi qabaqcıl ali təhsil müəssisələri, Türkiyə, İsrail, Rumıniya, Kipr, Bolqarıstan, Çin və digər ölkələrin iri turizm müəssisələrində təcrübə keçirlər.