Aytac Seyidova
Turizm və Qonaqpərvərlik fakültəsinin 2020-ci il üzrə bakalavriatura pilləsi birincisi
Peşəkar kadr kimi yetişməyimdə əməyi olan bütün müəllimlərimə dərindən minnətdaram. Universitetin dil öyrətmə və xaricdə təcrübə imkanlarından yararlana bildiyim üçün çox şadam. Qrup yoldaşlarımla məhz eyni qrupa seçildiyim üçün ayrıca sevincliyəm. Ümid edirəm ki, bundan sonra da ATMU Azərbaycanın ən sayılıb-seçilən universitetləri sırasına yer almaqda davam edəcək.
Eldar Məmmədbəyov
Turizm və qonaqpərvərlik fakültəsinin 2020-ci il üzrə magistratura pilləsi birincisi
Bakalavr pilləsinə daxil olmaq üçün ixtisas seçimi zamanı ATMU barəsində az da olsa tərəddüdlərim var idi. Lakin universitetimiz ilk gündən bu fikirləri müsbətə doğru dəyişməyi bacardı. Belə ki, ATMU-nun yaratdığı ikili diplom – Azərbaycan Avstriya Turizm proqramında iştirak etmək şansından istifadə etməklə beynəlxalq standartlı təhsil almaq fürsəti əldə etdim. ATMU-nu və onun tədris strategiyasını həddindən artıq bəyəndiyimdən magistratura pilləsinə qəbul zamanı digər seçimlərim olmasına baxmayaraq yenidən burada təhsilimi davam etdirməyə qərar verdim.
Hər iki təhsil pilləsində yalnız ixtisas üzrə mütəxəssis olmağa deyil, eyni zamanda şəxsi inkişafa, işgüzar mühitin istənilən sahəsində uğur qazanmağa yönəlmiş tədris metodikasına görə universitetimizin akademik və inzibati heyətinə təşəkkürümü bildirirəm.