SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

“İctimai fənlər” kafedrası tərəfindən tədris edilən ictimai və sosial-siyasi elmlər, istər mədəni-mənəvi, istərsə də siyasi-mənəvi baxımdan insan cəmiyyətinin həyatında əvəzsiz rol oynayır. Eyni zamanda kafedrada  humanitar  yönlü sahələrlə yanaşı, hər bir insan cəmiyyəti üçün zəruri və gərəkli olan fənlər də tədris olunur. 2006-cı ildə “Ümumi fənlər” kafedrası adı altında fəaliyyətə başlamış daha sonra, 2008-ci ilin fevral ayında kafedranın adı dəyişdirilərək “İctimai fənlər” kafedrası adlandırılmışdır.

Fəaliyyət göstərdiyi dövr ərzində, kafedranın tədris-metodik bazası yaradılmış, dərsliklər, metodik vəsaitlər, fənn proqramları, əyani vəsaitlər, elektron tədris materiallarının hazırlanmasında əsaslı işlər görülmüşdür. Dərslərin tədrisi zamanı informasiya texnologiyalarından, əyani vasitələrdən və interaktiv metodlardan istifadə edilir. Kafedranın kadr hazılığı üzrə  “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası olduğu üçün bir çox muzey fənləri muzeylərdə  tədris olunur bu isə tələbələrin mövzularla nəinki nəzəri həm də praktik bacarıqlara yiyələnmələrinə köməklik göstərir. Kafedra əməkdaşlarının müəllifliyi ilə Boloniya prosesinin Azərbaycan ali məktəblərində tətbiqinə kömək edən kitablar, metodik vəsaitlər çap olunmuş, kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edilmiş, təlimlər təşkil edilmişdir.

Hal-hazırda kafedrada 17 nəfərdən ibarət akademik heyət çalışır.

Kafedra ölkənin və xarici dövlətlərin ali təhsil müəssisələrinin öz profilinə uyğun ixtisas kafedraları ilə sıx əlaqə saxlayır və onlarla birgə konfransların keçirilməsi, proqramların işlənməsi, müzakirələrin aparılması və  s. məsələlərdə əməkdaşlıq edir. Eyni zamanda əməkdaşlarımız ölkədə və xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda və forumlarda fəal iştirak edirlər.

Kafedra müdiri səlahiyyətlərini icra edən : s.ü.f.d., dos. Qafarova Günay Nizami qızı

ƏLAQƏ

Ünvan: Cəfər Xəndan küç., 17, Bakı, Azərbaycan (II tədris binası)

E-mail: social.sciences@atmu.edu.az

Tel.: +994 12 561 42 01 (15)

Poçt indeksi: AZ 1130