SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

         “Mehmanxana və Restoran işi” kafedrasının fəaliyyəti 2013-cü ildən etibarən başlamışdır. Hazırda kafedra ATMU-nun əsas strukturlarından biri və buraxılış kafedrasıdır. 
          Kafedranın professor-müəllim heyətinin ümumi sayı 25 nəfərdən ibarətdir. Kafedrada ümumilikdə  6 ştat, 10  yarım ştat  və  9 saat/hesabı müəllim çalışır.

            Kafedranın tərkibinə 1 professor, 7 dosent, 5 baş müəllim  daxildir. 
Kafedra “Turizm işinin təşkili” ixtisası “Otelçilik” ixtisaslaşması və  “Qida mühəndisliyi” ixtisası üzrə bakalavr və magistr hazırlığını, həmçinin “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə doktorant hazırlığını  həyata keçirir. 

          Yarandığı ilk gündən kafedranın əsasnaməsi hazırlanmış və universitetin rektoru tərəfindən təsdiq edilmişdir. Tədris olunan fənlər üzrə elektron tədris materialları hazırlanıb və tələbələrə təqdim edilir. Sillabuslar, tematik planlar, əyani vəsaitlərin hazırlanmasında və təkmilləşdirilməsində əsaslı işlər görülmüşdür. Bütün bu işləri həyata keçirtmək üçün kafedrada fənn komissiyaları fəaliyyət göstərir. Kafedra elmi-tədqiqat işlərində yaxından iştirak edir. Elmi-tədqiqat mövzularına uyğun olaraq kafedranın əməkdaşları beynəlxalq və respublika səviyyəli elmi-praktik konfranslarda məruzələrlə iştirak etmiş, müxtəlif elmi jurnallarda məqalələr dərc edilmişdir. Fəaliyyət göstərdiyi müddətdə tədris edilən fənlər üzrə fənn proqramları və dərs vəsaitləri hazırlanmış, kafedra iclaslarında müzakirə və təsdiq edilmişdir. 
Kafedra hotel və sənaye müəssisələri ilə sıx əməkdaşlıq əlaqəlari yaratmış və praktik dərslərin müəssisələrdə keçirilməsinə xüsusi diqqət göstərməkdədir. Kafedra bir sıra mehmanxana və qida müəssisələri ilə əməkdaşlıq edir.

         “Mehmanxana və Restoran işi” kafedrası LMPH TEMPUS layihəsində aktiv şəkildə iştirak etmişdir. LMPH TEMPUS layihəsi əsasında kafedranın təşəbbüsü ilə otelçilik ilə bağlı praktik dərslərin keçirilməsi üçün “Resurs mərkəzi” yaradılmışdır. Mərkəz, otelçilik ixtisası üzrə hotel ilə bağlı dərslərdə istifadə olunacaq əyani vəsaitlərlə təchiz edilmişdir. New Baku Hotellə əməkdaşlıq çərçivəsində hotelin nəzdində kafedranın filialı fəaliyyət göstərir.


          Kafedra müdiri: s.ü.f.d.,dos Tərlan Növrəsli

 

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küç., 822/23,Bakı, Azərbaycan (Əsas tədris binası)

E-mail: hotelandrestaurant.business@atmu.edu.az

Tel.: +994 12 564 42 33 (137)

Poçt indeksi: AZ 1072