Caspian Energy — 1999-cu ildən Caspian Energy International Media Group tərəfindən nəşr olunan beynəlxalq analitik jurnaldır. Nəşr enerji və qeyri-enerji sektorları üzrə aktual məlumatları, ekspert təhlillərini, sənaye icmallarını və investisiya istiqamətləri üzrə analitik materialları təqdim edir.

Caspian Energy Media platformasında enerji, neft və qaz, iqtisadiyyat, maliyyə, nəqliyyat, biznes, turizm və digər sahələr üzrə məqalə və analitik materiallar, həmçinin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların və aparıcı şirkətlərin rəhbərləri ilə müsahibələr yayımlanır.

Jurnal əsasən Xəzər, Qara dəniz və Baltik regionları, Avropa İttifaqı və Şimali Amerika ilə bağlı enerji, iqtisadiyyat, biznes və investisiya məsələlərini əhatə edir. Nəşrin elektron arxivində 1999-cu ildən etibarən müxtəlif illərə aid jurnal nömrələri və materiallar təqdim olunur.

Caspian Energy Media tələbə, magistrant, doktorant, müəllim və tədqiqatçılar üçün xüsusilə enerji, iqtisadiyyat, biznes, maliyyə, nəqliyyat və beynəlxalq iqtisadi əlaqələr üzrə aktual məlumat və analitik materiallardan istifadə baxımından faydalı informasiya resursudur.

Platformaya keçid: www.caspianenergy.media